Cümə, 26 May 2023 21:22

Futbolda ilk addımlarını atan Şəkinin iddialı komandası maliyyə çətinlikləri yaşayır…

\"Şəki City\" böyük futbol arenasının yeni adlarındandır. Şəki rayonu hələlik Region liqasında təmsil olunur. Cari mövsümdə rayonun mübarizəyə qatılan iki komandasından biri olan yenicə yaranmış \"Şəki City\"  klubu yarım final mərhələsinə qədər yüksəlməyi bacarıb. Müsahibimiz deyir ki, Şəki sity komandasının yaranmasında əsas məqsəd şəkili gənc istedadları ölkə futboluna qazandırmaqdır. Komandanın oyunlarına Şəkidə maraq da böyükdür. Yerli fanatlar da komandanın oyunlarında əla performans göstərir və müxtəlif şüarlarla “silahlanmış” publika mənzərəli yerdə yerləşən stadionda gözəl abu-hava yarada bilirlər. Oyun başlamadan öncə stadionu dolduran azarkeşlər 90 dəqiqə ərzində dayanmır, doğma komandalarını qələbəyə səsləyirlər. Klub rəhbəri Elgun Hüseynov deyir ki, mövsümün əvvəlində yaradılan komanda bütün çətinliklərə baxmayaraq məhz fanatlarının dəstəyi ilə uğurla çıxış etməkdə davam edir. Ancaq maliyyə çətinlikləri klubun inkişafı qarşısında ən böyük çətinlik olmaqla yanaşı onun komanda kimi varlığını da sual altında qoyur. Klub rəsmiləri Şəki sakinlərinə, imkanlı şəxslərə müraciət edərək onları komandaya dəstək olmağa çağırıblar. O əmindir ki, yetərli dərəcədə dəstək komandanın mövcud problemlərinin həllinə, klubun inkişafına səbəb olar, Şəkinin doğma komandası qısa bir zamanda böyük futbol arenasında öz yerini tutacaqdır. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S