Şəki şəhər 8 nömrəli Beynəlminəl tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi , 28 May Müstəqillik günü və 1 iyun uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, Şəki-Zaqatala Regional Təhsil idarəsinin rəsmiləri, Azərbaycan Təhsil işçilərinin Azad Həmkarlar İttifaqının üzvləri və valideynlər iştirak ediblər. Çıxış edənlər, ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutub. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev öz parlaq zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeirlər, musiqi nümunələri səsləndirilib. Məktəbin bədii özfəaliyyət kollektivlərinin tarixi şəxsiyyətlərlə bağlı hazırladıqları kiçik səhnələr, ifa edilən milli musiqilər iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Ardınca məktəbdə dərs deyən müəllimlərin əl işləri də nümayiş edilib. Sonda məktəbin məktəbin fəaliyyətlərində fəal iştirak etdiklərinə görə bir neçə müəllimə fəxri fərmanlar təqdim edilib. #kanals#xəbər#tədbir