Super User

Super User

Cümə axşamı, 16 Fevral 2023 20:23

Kəndlərə aparan yolun təmirə ehtiyacı var…

Yenikənd və Dağ Bağırlı kəndinə gedən yol istismar müddətini uzun müddətdir ki, başa vurub. 60-cı illərdə çəkilən və o gündən indiyədək bir dəfə də olsun əsaslı təmir edilməyən, asfalt üzü görməyən yolun bir hissəsi dəfələrlə sakinlərin şəxsi vəsaiti hesabına çınqıllanıb. Amma bu tədbirlər də kifayət etməyib. 2 kəndi birləşdirən bu yolda asfalt qatının olmaması hər kəsi təngə gətirib. Xüsusilə də yağışda, qarda palçıqlı yolda məktəblilər dərsə, valideynlər isə işə gedib-gəlməkdə çətinlik çəkirlər. Rayon mərkəzindən 16 km məsafədə yerləşən bu kəndlər Şamaxı-Göylər-Padarçöl avtomobil yolu üzərində yerləşir. 2017-ci ildə Göylər kəndinin yolları yenidə qurulsa da Göylər kəndindən 2 km aralıda yerləşən Yenikənd və Bağırlı kəndlərinin yolu təmirsiz qalıb. Digər kəndlərə marşurut avtobusları  işləsə də yolun bərbad olması səbəbindən avtobus və taksi sürücüləri bu kəndlərə gəlməkdən imtina edirlər. Qeyd edək ki, iki kəndi birləşdirən avtomobil yolundan 2000-mindən çox sakin istifadə edir.

Çərşənbə, 15 Fevral 2023 18:53

Zaqatala kəndlərinin yanacaq problemi…

Zaqatalanın Dağlı kənd sakinləri əraziyə mavi yanacaq çəkilmədiyindən hələ də odun, fındıq qabığı kimi alternativ yanacaq növlərindən istifadə edir. Qış üçün yanacaq təşkil etmək əlavə əziyyət və vaxt tələb etməklə yanaşı, həm də insanları maddi cəhətdən çətinliyə salır. Sakinlərin sözlərinə görə, hər il qış mövsümündə evlərini qızdırmaq üçün 1000 manatdan çox vəsait xərcləməli olurlar. 300-500 manata aldıqları bir maşın odun cəmi bir aya yetir. Üstəlik hər ay balon qazı və elektrik enerjisi üçün də əlavə pul xərcləməli olurlar. Məsələnin həlli ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edən sakinlər əraziyə mavi yanacağın çəkiləcəyi günü səbrsizliklə gözləyirlər. Azəriqaz İB-dən isə sorğumuza cavab olaraq regionların qazlaşma prosesinin davamlı şəkildə həyata keçirildiyi bildirildi. Belə görünür, Qafqazın ətəyində yerləşən Zaqatalanın Dağlı, Gözbarax və Mamrıx kəndləri də ən azından növbəti illərdə mavi yanacağın istisinə qızına biləcəklər. O zamana kimi isə səbr etmək qalır.

Şəki Regional Ədliyyə idarəsi YAP Şəki təşkilatı və Gənclər və İdman idarəsi ilə birgə “Heydər Əliyev və Gənclər siyasəti” mövzusunda konfrans keçirib. İlk öncə tədbir iştirakçıları ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzi ilə tanış olublar. Ardınca Şəki Regional Ədliyyə idarəsində keçirilən tədbirdə çıxış edənlər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, müstəqil müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən danışıblar. Bildirilib ki, məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan gəncliyi vətənpərvər ruhda yetişib. Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda ümummilli liderin Ədliyyə sahəsində gördüyü işlər, Ədliyyə nazirliyinin yaradılması və inkişafı yolunda atdığı addımlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonda ulu öndərin həyat yolundan bəhs edən qısametrajlı videoçarx nümayiş etdirilib.

Çərşənbə axşamı, 14 Fevral 2023 19:59

Həmkəndlisinin evindən qızıl və pul oğurladı…

İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq edilib. Gecə saatlarında evə daxil olan naməlum şəxs oradan 1500 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb. Rayon polis şöbəsinə məlumat daxil olduğuandan cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Kamran Qarayev tutularaq istintaqa təqdim edilib. Onun oğurladığı qızılların hamısı yaşadığı ünvanda gizlətdiyi yerdən maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, K.Qarayevin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən 3 nəfər saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb. Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon sakini Ərəstun Osmanlı saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və metamfetamin aşkar edilib. Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirlərkən orada gizlətdiyi 435 qram marixuana götürülərək istintaqa təhvil verilib. Araşdırma zamanı Ə.Osmanlının üzərindən aşkarlanan 2 sellofan torbadakı marixuananı 110 manat müqabilində Samit adlı şəxsdən aldığı müəyyən edilib. Davam etdirilən əməliyyatla narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Samit Abdurəhmanov tutulub. Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində daşıdığı 15 bükümdə, yaşadığı evin həyətyanı sahəsindəki toyuq hinindən isə yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib. Samit Abdurəhmanov saxlanılan zamanı onun sərnişin qismində olduğu “VAZ-2107” markalı avtomobilin sürücüsü Tural Alıyev də şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən oturacağın altında gizlətdiyi narkotik vasitə olan marixuana maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılanların ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Çərşənbə axşamı, 14 Fevral 2023 09:53

Kənd təsərrüfatına həsr olunmuş beynəlxalq konfras…

Rusiyanın “Şimali Qafqaz Elmi Aqrar Mərkəzi” nin və qabaqcıl bitki mühafizə dərman istehsalçı şirkətlərinin rəsmilərinin qatıldığı tədbir Agrovit Şirkətinin təşkilatçılığı ilə baş tutub. 2019-cu ildən fəaliyyət göstərən şirkətin əsas məqsədinin Azərbaycanda Kənd Təsərrüfatının inkişafına öz ​ töhvəsini vermək olduğu qeyd edilib. Torpağın becərilməsində aqrotexniki qulluq vasitələrindən düzgün və məqamında istifadənin məhsuldarlığa birbaşa təsirindən, əkinə innovativ yanaşmaqla daha az ərazidən daha yüksək və keyfiyyətli məhsul götürməyin mümkünlüyündən danışılıb. Həmçinin əkin öncəsi torpağın tərkibində olan mikro və makro elementləri müəyyən etməklə fərdi yanaşmanın vacibliyi vurğulanıb. Həmçinin Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafı, yeni rayonlaşdırılmış arpa və buğda toxumlarının nəticələri, İqtisadi cəhətdən sərfəli məhsul istehalının ən yaxşı yolu kimi bitkilərin mühafizəsi və qidalandırılması sisteminə kompleks yanaşma, yarpaq analizi əsasında kökdən kənar yemləmənin faydaları və riskləri kimi mövzulara da toxunulub. Tədbir qarşılıqlı diskusiya şəklində davam edib.

Şənbə, 11 Fevral 2023 20:38

Qobustanın sirli, sehrli mağaraları…

Yolumuz Qobustan rayonunun Sündü kəndində tarixi min illəri əhatə edən qədim mağaralaradır. Sündü Qobustan rayon mərkəzindən 16 km şimal-qərbdə, başdan-başa əkin sahələrindən ibarət münbit yaylalar qoynunda yerləşən və qədim tarixi olan bir kənddir. Ətrafdakı sıldırım yamaclı təpələr, dərin yarğanlar bu kəndin ecəzkar təbiətinin yalnız bəzi cizgiləridir.Qarlı havada bir qədər piyada yol qət etdikdən,dərədən,təpədən keçdikdən sonra sirli mağaralara yetişirik. Bələdçilərimizdən öyrənirik ki, xususi ilə yay aylarında yerli və xarici turistlər bu yerlərə üz tutaraq mağaralarda ocaq yandırıb,süfrə açıb, özləri ilə gətirdikləri yemək-içməklə o tarixi dövrü canlandırmağa çalışanlar da az deyil. Möhtəşəm və heyrətamiz qayalar üzərində olan bu mağaralardakı iç-içə oyma otaqlar qədim insanların yaşam tərzini və özünə necə ev qurduğunu əyani şəkildə nümayiş etdirir. Təəssüf ki, təbiət hadisələri səbəbindən bəzi mağaralarda aşınmalar qeydə alınıb.Amma buna baxmayaraq,  bizim eradan əvvəl yaşamış əcdadlarımızın yadigarı olan mağaralar hələ də, öz görkəmini qoruyub, saxlamaqdadır.Kənd ərazisində bir, iki və üç otaqdan ibarət olmaqla ümumilikdə 14 mağara mövcuddur. Sündüdə az qala hər daş, hər qarış torpaq bir tarixdir. Burda sasani hücumlarının da, xəzər-hun basqınlarının da, ölkədaxili feodal müharibələrinin də izlərini görmək mümkündür.Eyni zamanda bu mağarlardan yerli sakinlər 1918-ci ilin aprel qırğınları zamanı sığınacaq kimi də istifadə ediblər. Erməni-daşnak qüvvələri kənddəki 433 evdən 198-ni yandırıb, qaçaraq canını qurtarmağa fürsət tapmayan 295 nəfəri qətlə yetiriblər. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli hesab edir ki,bu tip mağaralar qorunub saxlanılmaqla yanaşı həmçinin elmi araşdımalara ,arxeloji tədiqatlarların aparılmasına ehtiyacı var. Hər hansı böyük bir ekspedisiya bunun üzərində işləmiyib,amma müxtəlif vaxtlarda kəşfiyyat xarakterli baxışlar olub hələ bu 20 ci illərdə 1920 - 1930 cu illərdə hesabatlarda bu haqda məlumatlar var.

Sözügedən yer Şəkinin mərkəzi küçələrindən biri olan Mikayıl Müşfiq küçəsidir. Yeni yolu işıqlandırmaq üçün asfalt örtüyü yenidən bərbad hala salınıb. Ancaq qazıntı işləri tək küçənin işıqlandırılması ilə bağlı yox, həm də digər kommunal xidmətlərin çəkilməsi səbəbindən də qazılır. Elə Şəki şəhərini Şəki- Oğuz magistralı ilə birləşdirən Zərifə Əliyeva küçəsində olduğu kimi. Burada isə yeni çəkilən asflat örtüyü dağıdılıb və ərazidə yerləşən fabrikə su-kanalizasiya xətti çəkilib. Qazılan yeri sadəcə torpaqlamaqla kifayətləniblər.  Şəki şəhərinin tikinti və memarlıq idarəsindən bildiriblər ki, 2022-ci ildə Şəki şəhərində daxili imkanlar hesabına 3.5 km uzunluğunda, 31 min kavdart metrə yaxın asfalt örtüyü çəkilib. Məsələyə münasibət bildirən ekspert Cahid Həsənov deyir ki, dünyanın qabaqcıl ölkələrində təmir bərpa və ya yenidənqurma işlərində əsas diqqət qurumlararası koordinasiyaya və planlamaya yönəldilir. Azərbaycanda isə eyni regionda, eyni şəhərdə komunal xidmətlər göstərən qurumlar arasında  heç bir əlaqə yoxdur. Ancaq ümumilikdə görünən odur ki, vahid informasiya mərkəzi yaradılana və qurumlar arası koodinasiya qurulanadək yeni çəkilən asfaltların dağıdılmasına hələ də şahid olacağıq.

470 -dən səhifə 642

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S