Şəki şəhərində Mərkəzi Kitabxana sistemi, Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Şəki komitəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və 27 may Ümumdünya kitabxanalar gününə həsr olunan \\\"Sən bir kitabsan\\\" adlı tədbir keçirilib. Çıxış edənlər il bildirib ki, bizim dünyagörüşümüzün formalaşmasında kitabxanaların mühüm rolu var. Vurğulanıb ki, məhz ulu öndərin rəhbərliyi dövründə kitabxana sisteminə və Azərbaycan dilində nəşr olunan kitabların artırılmasına xüsusi diqqət və qayğı göstərilib. Təsadüfi deyil ki, Ümummilli Lider çıxışlarında kitaba, kitabxanaya önəm verərək - “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”-deyib. Tədbirdə həmçinin il ərzində işində fərqlənən kitabxanaçılar diplom və sertifikatlarla təltif edilib. Bədii hissədə mədəniyyət işçilərinin hazırladığı konsert proqramı nümayiş olunub.