Super User
Fərdi yaşayış evi yandı…
Zaqatalada 4 otaqlı fərdi yaşayış evində yanğın olub. Rayonun Muxax kəndində, kənd sakini İntiqam Əliyevə məxsus sahəsi 110 kv/m olan ev gecə saatlarında yanıb. Əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Hadisə zamanı evin bir otağı içərisindəki əşyalarla birlikdə, digər 30 kv/m-lik otağın isə yarıdan çoxu yanıb. Məznilin qalan hissəsi və yaxınlıqdakı tikililər alovdan mühafizə olunub. Xəsarət alan yoxdur. Yanğının hansı səbəbdən başverməsi araşdırılır.
Həkimcanlı - Daxili xəstəliklər uzmanı Nəbi Absalamov 11.02.2023
Yollar buz bağladı, avtomobillərin hərəkəti çətinləşdi…
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xüsusilə axşam saatlarında şaxta olması və yağan qar Qəbələdə yolların buz bağlamasına səbəb olub. Şəhərin mərkəzi küçələri, eləcə də kəndlərə gedən yollarda maşınların hərəkətində çətinliklər yaranıb. Bununla yanaşı, Qaraməryəm - İsmayıllı -Şəki magistralının Vəndam qəsəbəsi və Nohurqışlaq kəndlərindən keçən hissəsində yolun buz bağlaması nəticəsində avtomobillərin hərəkətində məhdudiyyətlər olub. Günorta saatlarına doğru hərəkət bərpa olunub. Axşam saatlarına doğru yolların yenidəjn buz bağlayacağını nəzərə alaraq bu istiqamətdə hərəkət edəcək sürücülərə ehtiyyatlı olmaları tövsiyyə edilir.
Sahibsiz it Şəki sakininə hücum edib…
Şəkidə sahibsiz it 57 yaşlı kişiyə hücum edib. Bu gün günorta saatlarında rayonun Kiçik Dəhnə kənd sakini Laçın Adamova yaşadığı kəndin ərazisində sahibsiz it hücum edərək onun sol aşağı ətrafının bud nahiyəsinə xəsarət yetirib. Laçın Adamov Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib, ona lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Şamaxılılar da qardaş ölkəyə dəstək nümayiş etdirir…
Ötən gündən başlayaraq Şamaxı sakinləri də Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım kampaniyasına qoşulublar. Yardım aksiyasında yerli sakinlər, iş adamları, müəssisələr, idarələr könüllü olaraq iştirak edirlər. Böyükdən-kiçiyə hər kəs qardaş Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım etmək üçün səhər saatlarından Şamaxı Olimpiya Mərkəzində təşkil edilən yardım toplanma məntəqəsinə gəlir, türk qardaşlarımıza dəstək olur. Rayon sakinləri isti geyimləri, əlcəkləri, corabları, yataq dəstlərini, quru ərzaqları, təmizləyici vasitələri təyin olunmuş məntəqədə çeşidləyirlər. Yardımlar toplanıldıqdan sonra yük avtomobillərinə yığılır. Son iki gündə 4 yük maşını Bakıya göndərilib. Günün sonuna kimi daha 4 yük maşını da göndəriləcək.
Mağaza işçisinə qarşı soyğunçuluq etmək istəyən şəxs saxlanıldı…
İsmayıllıda mağazalardan birinin kassasından soyğunçuluq yolu ilə 300 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş Ruslan Məmmədov tutularaq istintaqa təqdim olunub. Saxlanılan şəxsin yaşadığı evdə odlu silah gizlətdiyi də məlum olub. Həmin ünvana baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş tüfəng aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, Ruslan Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Fərdi yaşayış evi yanıb…
Şəkinin Aşağı Göynük kəndində Şamil Babayevə məxsus ümumi sahəsi 110 kv/m olan birmərtəbəli iki otaq və eyvandan ibarət fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Evin 90 kv/m-lik sahəsi və əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Azərbaycan xalqı Türkiyə üçün birləşib…
Gəncə sakinləri Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım edirlər. Türkiyənin Gəncədəki Baş Konsulluğuna gələn insanlar lazımı ləvazimatları qonşu ölkəyə göndərirlər.
Kampaniyaya İmişli sakinləri də qoşulub. İmişli rayon Mədəniyyət mərkəzində qərargah yaradılıb. Dəstək kampaniyasına qoşulan vətəndaşlar isti geyimlər, həmçinin müxtəlif zəruri əşyalar gətirərək qərargaha təhvil verirlər.
Lənkəranlılar da qardaş ölkədəki vəziyyətə biganə qalmır. Adi vətəndaşlarla yanaşı, yerli sahibkarlar isti geyimlər, yataq dəstləri, yorğan-döşəklər, zəruri məişət avadınlıqları, qızdırıcılar, tibbi ləvazimatları toplayaraq zəlzələdən ziyan çəkənlərə göndərirlər. Humanitar yardıma Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və digər rayon sakinləri də qoşulublar.
Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə yardım toplamaq üçün Qaxda da bir neçə ünvan ayrılıb. Səhər saatlarından başlayan yardım kampaniyası çərçivəsində ilk Tır qardaş öljəyə yola düşüb. Türkiyə üçün həmrəy olan Qax sakinləri yardım üçün hər zaman hazır olduqlarını söyləyiblər.
Zaqatalalılar da zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulublar. Aksiyada rayonda yaşayan bütün xalqların nümayəndələri yaxından iştirak edirlər. Vətəndaşlar minlərlə insanın ölümünə, böyük dağıntılara, yaşayış məntəqələrinin yerlə-yeksan olmasına, on minlərlə insanın yaralanmasına səbəb olan bu dəhşətli zəlzələdən sarsıldıqlarını bildirirlər.
Şəkidə də yardımların toplanması üçün xüsusi məntəqə yaradılıb. Toplanan əşyalar əsasən qış geyimləri, yorğan-döşək, quru yeməklərdir. Sakinləri bu humanitar aksiyaya fəal qoşularaq, hər zaman Türkiyənin yanında olduqlarını bildirirlər. Yardım aksiyaları davam edir.
4 otaqlı ev külə döndü…
Şamaxıda yanğın olub. Hadisə Şamaxı şəhərində, 48A məhəlləsində yerləşən evdə qeydə alınıb. Rayon sakini Mahirə Cəbiyevaya məxsus 4 otaqlı evdə baş verən yanğının söndürülməsinə FHN-in Şamaxı yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb, xəsarət alan olmayıb.
Zaqatala küçələri işıqlandırılır…
Layihə çərçivəsində Zaqatala şəhərinin bütün ərazisini tam əhatə etməklə 106 küçə ağıllı işıq sistemi ilə təchiz olunacaq. Aparılan işlər çərçivəsində 54 km uzunluğunda yeraltı naqillər çəkilir, hər 30 metrdən bir olmaqla 1800 ədəd işıq dirəyi quraşdırılır. Küçələrin işıqlandırılması ilə paralel olaraq yol və səkilərin abadlaşdırılması işləri də aparılır. Ötən ilin sonlarından start verilən layihəyə yaxın günlərdə tam başa çatdırılacaq.