Super User

Super User

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 5 nəfər tutulub. Saxlanılan Qullar kənd sakini Vüqar Ağcayevdən 2 kiloqram 230 qram heroin götürülüb. Araşdırma zamanı məlum olub ki, o pul müqabilində iranlı narkotacirə kuryerlik edib. Polis əməkdaşları Vüqar Ağcayevi həmin narkotiki 2 min manat qarşılığında Balakəndən paytaxta aparanda yaxalayıb. Daha bir əməliyyatda saxlanılan Ruslan Məmmədovun evindən isə narkotiklə yanaşı snayper tüfəngi və həmin silaha məxsus patronlar aşkarlanıb. Saxlanılan digər üç nəfərsə  Mətin Məmmədov, Həmid Göylərov və Murad Bayoqluyevdir. Onların hər üçündən götürülən marixuana istintaqa təqdim olunub. Ümumilikdə isə yanvar ayı ərzində keçirilən əməliyyatlar nəticəsində Balakəndə narkotiklərin satışı, saxlanılması və kultivasiyası ilə məşğul olan 25 nəfər saxlanılıb, 16 kiloqrama yaxın müxtəlif növ narkotik dövriyyədən çıxarılıb.

Çərşənbə, 01 Fevral 2023 19:15

Şəhid Eltun Kərimov ad günündə anılıb…

Şəhid Eltun Kərimovun doğum günündə xatirəsi anılıb. Mərasimdə şəhidin ailəsi, digər şəhid ailələri, qazilər, təhsil işçiləri və şagirdlər iştirak ediblər. Əvvəlcə şəhidlin məzarı ziyarət edilib, ruhuna dualar oxunub, ardınca ehsan mərasimi keçirilib. Məktəblilər, vətənpərlik ruhunda şeirlər ifa ediblər.  Çıxış edənlər, vurğulayıb ki, 2019-cu ildə hərbi xidmətə yola düşən Eltun Kərimovun tərxis olmasına 1 ay qalmış Vətən müharibəsi başlayıb. O, ilk gündən döyüşlərə qatılıb. Talış kəndinin alınmasında və Suqovuşan uğrunda gedən döyüşlərdə  mərdliklə vuruşub. Elə bu döyüşlərdə də 19 yaşlı gənc əsgərimiz şəhidlik zirvəsinə yüksəlib. Tovuz döyüşlərində də iştirak edən Eltun döyüş yoldaşları arasında iriçaplı pulemyotun mahir atıcısı kimi tanınıb. Şəhidlik zirvəsinə ucalan Eltun Kərimova "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

Hazırda Zaqatala və Balakən rayonlarının meşə zolaqlarına aldadıcı yemlərin səpilməsi işləri tam yekunlaşmaq üzrədir. Mövcud normaya əsasən, meşə zolağında hər kvadratmetrə 20-25 doza aldadıcı yem səpilib. Bundan başqa, Aqrar Xidmətlər Agentliyinin əməkdaşları qeyd olunan ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlərin ətrafında müəyyən olunmuş yerlərə əllə 62 min doza aldadıcı yemin səpilməsini təmin edib. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluq xəstəliyinə qarşı epizooloji sabitliyin qorunub saxlanılmasını təmin edir. Vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaranacaq. Qeyd edək ki, helikopter vasitəsilə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının meşələrinə 600 kilometr məsafədə 18 min aldadıcı yemin səpilməsi nəzərdə tutulur.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral-Gənclər Günü ərəfəsində şimal-qərb bölgəsinin ümumtəhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib. Tədbirə Gənc Müəllimlər Assosiasiyasının , Regional Təhsil İdarəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəsmiləri də qatılıb. Son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyindən bəhs edilib. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyi vurğulanıb.  Görüşdə gənc müəllimlər arasında qarşılıqlı əlaqələrin formalaşması istiqamətində fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib. Gənclər  Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər. Sonda ədəbi-bədii kompozisiya nümayiş olunub.

Çərşənbə, 01 Fevral 2023 13:49

Nahara az qala - Çəkmə plov 01.02.2023

Çərşənbə axşamı, 31 Yanvar 2023 19:56

17 yaşlı oğlan qəflətən ölüb…

Zaqatalada 17 yaşlı oğlan qəflətən ölüb. Məlumata görə, şəhərin Gülbənövşə Kərimova küçəsindəki evdə kirayə yaşayan rayon sakini, Turan Qurbanov hamamda yuyunmaq istəyərkən qəflətən halı pisləşib. İlkin tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma başlanılıb. Turan Qurbanovun dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda keçiriləcək 8-ci Beynəlxalq arıçılar Konfransı çərçivəsində bu konfransa dəvət olunan xarici mütəxxəsislər bölgələrə səfər edərək, yerli arıçılıq təsərrüfatları ilə tanış olub. Zaqatalaya səfərləri çərçivəsində əcnəbi mütəxxəsislər rayon arıçıları ilə görüşərək, Qafqaz arısının geninin qorunub saxlanması, gen analizi, ana arıların yetişdirilməsi kimi mövzularda masterklass keçib. Zaqatalada yaradılan Azərbaycanda ilk boz Qafqaz arısının damazlıq təsərrüfatı, izole edilmiş bölgə ilə tanış olan türkiyəli mütəxəssislər təərrüfatın yerləşdiyi ərazini və yaradılan şəraiti yüksək qiymətləndirib. Qeyd edək ki, Zaqatalanın yüksək dağlıq ərazisində,yaşayış məskənindən 6 km aralıda,Meşleş dərəsində yerləşən bu damazlıq təsərrüfatında boz Qafqaz arısının saf genefondu qorunub saxlanılır. Bu arı növü həm də xəstəliklərə davamlılığı və daha çox bal toplaması ilə seçilir. 

Çərşənbə axşamı, 31 Yanvar 2023 19:18

4 avtomobil toqquşdu…

Muğanlı- İsmayıllı  yolunda zəncirvarı qəza olub. Hadisə yolun Basqal kəndindən keçən hissəsində qeydə alınıb. “QAZ-53”, “VAZ 2107”, “Mercedes” və “Lada-099” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “QAZ-53”-ün sürücüsü yüngül xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə axşamı, 31 Yanvar 2023 17:37

Anama sual verdim, mənim atam hanı? | Həyat Tərzi 31.01.2023

Çərşənbə axşamı, 31 Yanvar 2023 17:26

Xəyalə ilə "Sizdəyik" - Ceyran Haşımova 29.01.2023

475 -dən səhifə 643

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S