Şəkidə Ulu Öndər Heydər Əliyevin 100 illik və Milli Qurtuluş Gününün 30 illik yubileylinə həsr olunan “Heydər Əliyev ideyaları regional inkişafın əsas istinadgahıdır” mövzusunda konfrans keçirilib. Tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, ictimaiyyət nümayəndələri, ziyalılar, şəhid ailələri və müharibə veteranları iştirak ediblər. Konfrans iştirakçıları “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”, “Heydər Əliyev Şəkinin yüksəlişinin və quruculuğunun banisidir”, “ “Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün strategiya Azərbaycanı Zəfərə apardı” və digər mövzularda məruzələr dinlənilib. Tarixi şəxsiyyətin yorulmaz, məqsədyönlü, ardıcıl və qətiyyətli mübarizəsi nəticəsində ölkəmizin hərtərəfli inkişafa nail olduğuna diqqət çəkilib.