Cümə, 02 İyun 2023 17:24

Şəkinin sahibsiz it problemi

Abone OL: https://goo.gl/W99fFm Copyright © Kanal S_official Sayt: https://kanal-s.az Facebook: https://goo.gl/XVhVzG Şəkidə günün istənilən saatında insanların ən çox hərəkət etdiyi mərkəzi küçələrdə itlərin sürü halında gəzdiklərini müşahidə etmək olar. Son zamanlar itlərin insanlara hücum faktları da artmağa başlayıb. Təkcə 2023-cü ilin yanvarından bu yana Şəkidə 370 nəfər rayon xəstəxanasına itdişləməsi ilə bağlı müraciət edib. Mayın əvvəlində Cəlilabadda 11 yaşlı qızın it dişləməsindən ölməsi isəinsanları daha çox narahat edib. Əksər rayonların əsas probleminə çevrilən bu məsələnin həlli ilə bağlı isə demək olar heç bir ciddi addım atılmır. Aidiyyatı qurumlar ancaq masa arxasında müzakirə etməklə kifayətlənir və heç bir fəaliyyət istiqaməti seçilmir. Problemə müdaxiləsiz keçən hər gün isə sahibsiz, ac və susuz şəhərdə dolaşan itlərin və hücumlarının daha da artmasına səbəb olur. Şəkidə sahibsiz itlər sakinlər, xüsusən də azyaşlılar üçün ciddi təhlükə mənbəyinə çevrilib. Tez-tez sahibsiz itlərin ətrafdakı insanlara hücum etməsi insanlarda təşviş yaradıb. Çünki bu cür itlər quduzluq və digər yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. Küçədəki canlıları sevən, onların qayğısına qalanlar da az deyil. Ancaq bu itlərin quduz olma ehtimalı insanları onlardan çəkinməyə vadar edir. Son zamanlar it dişləmələri ilə bağlı faktlar durmadan artsa da aidiyyatı qurumlar problemin həll olunması istiqamətində heç bir addım atmır. Rayonun baytar həkimi problemin qarşısını qismən də olsa almaq üçün müxtəlif ərazilərə aldadıcı yemlər paylanıldığını bildirir. Şəki Şəhər İcra Hakimiyyətindən isə şifahi olaraq bildirildi ki, bu problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb və aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılıb. Ekspertlər hesab edir ki, problemin qarşısını almaq üçün tək sığınacaqların yaradılması yetərli deyil. Bunun üçün xarici ölkə təcrübəsindən yararlanmaq və məsələni kükndən həll etmək lazımdır. Qeyd edək ki, 2023-cü ilin cari dövrü ərzində 3223 nəfər heyvan hücumuna məruz qalıb. Bunlardan 2676-sı it dişləmələridir. Heyvan dişləməsi nəticəsində 2 quduzluq hadisəsi baş verib. Bir nəfərsə həyatını itirib...

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S