Şənbə, 14 Oktyabr 2023 16:42

Azərbaycan son 20 ildə qüdrətli və sarsılmaz dövlətə çevrilib

Bu gün Ümummilli Lider Heydər Əliyevin yaratdığı, milli dövlətçilik ənənələri üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan müstəqil dövlətçilik tariximizin ən güclü Azərbaycanıdır. Bu fikir Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ildönümü ilə əlaqədar Qəbələdə keçirilən tədbirdə səsləndirilib. Çıxış edənlər bildirib ki, 20 il əvvəl Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Ulu Öndər Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi.  Azərbaycan Prezidentinin 20 il ərzində apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın bütövlüyü təmin olunub, iqtisadi və siyasi gücümüz artıb, ölkəmiz saysız-hesabsız uğurlar qazanıb, Azərbaycan qüdrətli və sarsılmaz dövlətə çevrilib.  Sonra YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.Ardınca Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Müharibə və sülh dövrünün qəhrəmanı” sənədli film nümayiş olunub.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S