Müstəqilliyin Bərpası Günü münasibətilə Zaqatalada təşkil olunan tədbirdə XX əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlardan geniş bəhs edilib.Diqqətə çatdırılıb ki, Azərbaycanın 32 illik müstəqilliyinin yarıdan çoxu Prezident İlham Əliyevin adı ilə bağlıdır. Hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev təkcə Azərbaycanda deyil, dünyanın hər yerində yaşayan soydaşlarımıza Zəfər sevincini yaşadıb.