Şəki Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 35 yaşlı Şəki rayon Aşağı Küngüt kənd sakini Cavid İsayevin aralarında yaranmış mübahisə zamanı qohumu, 41 yaşlı Oğuz rayon sakini Asif Həşimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisə baş verməzdən bir müddət əvvəl Cavid İsayev Asif Həşimovun yaşadığı evə gedib və onların arasında mübahisə baş verib. Daha sonra onlar Cavid İsayevin maşınında kəndin kənarına gediblər. Cavid İsayev orada Asif Həşimovu maşında bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra Cavid İsayev istintaqa könüllü təslim olub və şübhəli şəxs qismində tutulub. Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.