Çərşənbə axşamı, 31 Oktyabr 2023 14:38

Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə tədbir keçirili

Azərbaycanın XX əsr tarixinin əlli ildən artıq bir dövrü Ulu Öndər Heydər Əliyev şəxsiyyəti və onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Ulu Öndər müstəqil Azərbaycan dövlətini yaradıb və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən edib. Bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Tarix yazan əbədiyaşar Lider Heydər Əliyev” mövzusunda tədbirdə səsləndirilib. YAP Qax rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz fəaliyyətindən, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsindəki misilsiz xidmətlərindən danışılıb. Vurğulanıb ki, müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider öz xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlib, ölkəmizi xaos və anarxiyadan qurtarıb. Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S