Zaqatalanın Mamrux kəndində 2 ev və mağazaya daxil olan naməlum şəxs 8 min manat dəyərində qızıl-zinət əşyaları, 4 min manat pul, 80 min rus rublu, eləcə də ümumi dəyəri 1000 manatdan artıq olan siqaret və telefon danışıq kartlarını oğurlayıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri, 22 yaşlı Heydər Paşayev saxlanılıb.
O, əməlini etiraf edib və oğurladıqlarının bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, H.Paşayev niyyətini həyata keçirdikdən sonra Bakı şəhərinə gedib və özünə kirayə mənzil tutub. Cinayət yolu ilə əldə etdiyi pulların bir hissəsini paytaxtda əyləncə mərkəzlərində, qalanını isə geyim mağazalarında xərcləyib. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bazar ertəsi, 18 Dekabr 2023 11:03