Cümə axşamı, 21 Dekabr 2023 10:01

Qış turizmi: İmkanlar və perspektiv...

Azərbaycanda dekabrın 15-dən qış turizmi mövsümünə start verilib. Hər ilin bu ayları havaların soyuması, eləcə də yeni ilin yaxınlaşması səbəbindən müxtəlif bölgələrə səfər edənlərin sayı artır. Qış mövsümündə ölkəmizdəki yerli və xarici vətəndaşlar daha çox Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəki, Lerik, Lənkəran kimi bölgələrdə istirahət etməyə üstünlük verirlər. Ekspertlər deyirlər ki, hazırda elə bu səbəbdən də müxtəlif rayonlardakı Turizm Mərkəzlərində doluluq pik həddədir. Mövcud vəziyyət təbii olaraq qiymətlərə də təsirsiz ötüşmür. Belə ki, tələbin artması təkliflər kimi qiymətlərin də sayını artırır. Həmçinin ölkə daxilindəki bölgələrə edilən səyahətlərin çox olmasının bir digər səbəbi isə quru sərhədlərinə qoyulan məhdudiyyətlərdir. Azərbaycana turistlər daha çox Rusiya, Türkiyə və İran kimi qonşu ölkələrdən gəlirlər. Həmçinin Ərəb ölkələrindən gələn turistlərin sayı da az deyil. Yaxın illərdə isə turizm komplekslərinin sayının əhəmiyyətli dərəcədə artırılacağı gözlənilir. Belə ki, ərazilərimizin işğaldan azad olunması ölkənin turizm potensialına müsbət təsir göstərib. Bu isə Azərbaycana səyahət edən turistlərin sayı ilə yanaşı ölkəyə gələn gəlirlərin artmasına da təsir göstərəcək. Qarabağın relyefi bu ərazilərdə fərqli və maraqlı turizm komplekslərinin tikilib istifadəyə verilməsinə uyğundur. Bu, həm ölkəyə çoxsaylı turist axınına, həm də turizm imkanlarının genişləndirilməsinə əlverişli şərait yaradacaq. Həmçinin qeyd edək ki, araşdırmalara görə, ölkəmizə ötən ilin dekabr ayı ərzində gələn xarici turistlərin sayı 143 814 nəfərdir. Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47 % çoxdur.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S