Super User
Həkimcanlı - Ağır stress, psixi travma 23.01.2023
"AVAZ-4" Televiziya Uşaq Muğam Müsabiqəsi 22.01.2023
Fermerlərlə tarla seminarları davam etdirilir...
Seminarda mütəxəssislər tərəfindən budamanın aparılma qaydaları əyani olaraq femerlərə göstərilib və tənəklərin aqronomik qaydalara uyğun aparılması tövsiyə olunub. Məlum olub ki, keçən ilki quru budamada ciddi nöqsanlara yol verən fermerlərin üzüm bağlarında məhsuldarlıq xeyli aşağı olub. Seminarda əsas məqsəd İsmayıllı rayonunda elmi-praktiki tövsiyələrə ehtiyacı olan fermerlərin istehsal prosesini mütamadi izləyərək onların qarşılaşdığı problemlərin həllinə, həmçinin becərmə texnologiyalarının, mühafizə tədbirlərinin düzgün həyata keçirilməsinə köməklik göstərməkdən ibarət olub. Vurğulanıb ki, üzümçülükdə ən vacib və mürəkkəb aqrotexniki tədbirlərdən biri də quru budamadır. Quru budama üzümün sort xüsusiyyətindən, tənəyin becərildiyi şəraitdən, torpağın münbitliyindən, tənəyin formasından, məhsulun istifadə istiqamətindən, becərilmə texnologiyasından və s. asılı olaraq aparıldığından bəzi hallarda üzümçü fermerlərimiz düzgün budamada çətinliklə qarşılaşırlar. Budama zamanı optimal yük normasının müəyyən edilməsi məhsuldarlıq və məhsulun keyfiyyətinə, tənəyin konkret şəraitdə inkişafına, ekoloji risk amillərinə, xəstəlik və zərərvericilərə davamlılığına müsbət təsir göstərir. Əks təqdirdə budama zamanı tənəyə az və ya çox gözcük yükünün verilməsi ciddi fəsadlara gətirib çıxarır. Tənəklərdə üzümün quru budaması, sortlar üzrə müxtəlif yükvermə normaları, suvarma, torpaq işləmə, gübrələmə, bitki mühafizə tədbirlərinin vaxtı-vaxtında və düzgün həyata keçirilməsi, çəkilən xərclərin azaldılması, optimal məhsuldarlıq və məhsulun keyfiyyətinin yüksəldilməsi ilə səmərəliliyin artırılması hədəf olaraq götürülməlidir.
Kəndlərə nə zaman mavi yanacaq çəkiləcək?
Zaqatalanın Qımır, Bazar və Çobankol kəndlərinin sakinləri mavi yanacağın olacağı günün həsrəti ilə yaşayırlar. Sakinlər müxtəlif qurumlara dəfələrlə müraciət etsələr də məsələ həllini tapmır ki, tapmır. Görəsən niyə sözügedən ərazi qazlaşmadan kənarda qalıb? Sakinlər aidiyyatı qurumların onların müraciətlərinə biganə yanaşmasından narazıdır.
4 saata bitməyən 4 km-lik yol!
İsmayıllı rayon mərkəzindən 25 km məsafədə yerləşən Çəmənli kəndinə getmək istəyənlər bu haqda dəfələrlə düşünməli olur. Çünki bu 25 km-lik məsafənin 4 km-lik hissəsi bərbad haldadır. Yaşadıqları vəziyyəti işıqlandırmaq üçün müraciət edən sakinlər deyir ki, bu kəndin yolu heç vaxt asfalt görməyib, onların gördüyü ancaq palçıq və keçilməz gölməçələr olub. Ardını sujetdən izləyək..
Necə edək ki, qazdan zəhərlənməyək?
Bu xəbərdə biz 8 saniyəyə insan qanındakı hemoqlobinlə daha tez birləşərək, ölüm təhlükəsi olan dəm qazından danışacağıq. Hazırda bir çoxlarımızın evində istifadə ettiyi sobalar və vanna otağındakı su qızdırıcıları hamıya tanışdır. Əhalinin bu kimi qazla və ya digər yanacaq növləri ilə işləyən cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarını pozması dəm qazından zəhərlənmələr, partlayışların baş verməsi ilə nəticələnir. Bəs, evdəki və hamam otağındakı bu qızdırıcılardan özümüzün və ailəmizin təhlükəsizliyini necə qoruyaq? Sujetdə ekspertlərin məsləhətlərini dinləyək.
Zaqatalada 15 otaqlı ev kül oldu..
Zaqatalanın Muğanlı kəndində kənd sakini İbrahim İbrahimova məxsus, ümumi sahəsi 480 kv/m olan ikimərtəbəli və 15 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin ikici mərtəbəsində olan 9 otağın yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Birinci mərtəbədəki 6 otaq və ev əşyaları yararsız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Şəkidə avtomobil çaya düşdü, sürücü xəsarət aldı...
Şəki şəhərində Qaraməryəm-İsmayıllı-Şəki yolu ilə Mirzə Fətəli Axundov küçəsinin kəsişməsində avtomobil qəzası baş verib. Belə ki, manevr zamanı yol hərəkəti qaydalarının pozulması səbəbindən "Hundai" markalı avtomobillə "Volfsvagen" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində "Volfsvagen"in sürücüsü Vüqar Məmmədov idarəetməni itirərək Qurucana çayına aşıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 34 yaşlı Vüqar Məmmədov Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.