“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qobustanda “Qlobal iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyi: dəmyədə taxılçılığın inkişafı və müasir yanaşmalarla quraqlığa davamlılıq və məhsuldarlığın artırılması” mövzusunda tarla seminarı keçirilib.
Tədbir KTN, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən söhbət açıb, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edilib ki, bu, Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Sonda əkin sahələrinin və tədqiqat prosesinin nümayişi həyata keçirilib,
Cümə, 31 May 2024 15:38