Super User
Donmuş Mamırlı şəlalə görənləri valeh edir...
Havaların şaxtalı keçməsi nəticəsində Qaxda, Ləkit çayının sağ sahilində yerləşən Mamırlı şəlalənin çox hissəsi donub. Suyun axınından asılı olaraq donmuş buz parçaları sanki bir əsər yaradıb. Ləkit kəndinin yuxarı hissəsində dağlıq və meşəlik ərazidə yerləşən şəlalə öz görünüşü ilə onu görməyə gələnləri valeh edir. Mamırlı qayalar üzərindən axıb gələn şəlaləni yerli camaat "Damcı şəlalə" də adlandırır. Baxmayaraq ki, şəlaləyə getmək çətinliklə başa gəlir, ancaq, bu gözəl mənzərəni hər il görməyə gələnlərin sayı kifayət qədərdir. Dəniz səviyyəsindən 600 metr hündürlükdə yerləşən Mamırlı şəlalənin eni 30, hündürlüyü isə 15 metrdir. Qeyd edək ki, şəlalə Qax təbiət abidəsi kimi Dövlət tərəfindən mühafizə olunur.
Həkimcanlı - Ürək-damar xəstəliklərindən özümüzü necə qoruya bilərik?16.01.2023
Xəzərin sahilində - Professor Qulu Məhərrəmli və əməkdar artist Nuriyyə Hüseynova 15.01.2023
Çevrəmiz - 6-cı hiss nədir? 17.01.2023
Nanıx Xəbər #3
Nahara az qala - Milli qədimi şirniyyat əgirdək 17.01.2023
Çevrəmiz - Ailə planlaması 16.01.2023
Zamanında - Yol hərəkətinin təhlükəsizliyi 16.01.2023
Bizim vaxtımızda - Çimnaz Sultanova 15.12.2022
DYPİ-dən hərəkət iştirakçılarına xəbərdarlıq...
Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanının təmiz saxlanılması ilə bağlı sürücülərə müraciət edib. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır. Ötən günlərdə ölkə ərazisində müşahidə olunan qarlı, çiskinli hava ilə əlaqədar yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artığından, sürücülər avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdırlar.