Şəkidə "Narkomaniya ilə mübarizə" və "Dini Radikalizm" mövzusunda tədbir keçirilib. Şəki ŞRPŞ-nin rəsmiləri və şəhər 11 nömrəli məktəbin şagirdlərinin iştirak etdiyi tədbirdə narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğuna diqqət çəkilib. Vurğulanıb ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır.
Bu səbəbdən də Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır. Tədbirdə dini radikalizm və onun fəsadlarından da danışılıb. Qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizmin xüsusilə də gənclər üçün təhlükəli olduğu bildirilib. Qeyd olunub ki,dini radikalizmə qarşı mübarizədə maarifləndirmənin gücləndirliməsi, dinimizin düzgün şəkildə insanlara aşılanması radikalizmin qarşısını alan ən güclü vasitədir. Sonda şagirdlərin sualları cavablandırılıb.
Cümə, 31 May 2024 15:26