Şənbə, 01 İyun 2024 12:34

Sosial şəbəkədə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb...

Balakən polisi qadınlardan hədə-qorxu ilə pul tələb edən 35 yaşlı Samir Əmrahovu saxlayıb. O, sosial şəbəkədə tanış olduğu qadınlara özünü vəkil “Adil Həsənov” kimi təqdim edib, daha sonra onların şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet resurslarında yayacağı ilə hədələyib. Bu üsulla zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib. Araşdırmalarla saxlanılan şəxsin Zərdab rayonunda da dələduzluq etdiyi məlum olub. S.Əmrahov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S