Super User

Super User

Gənclər Fondunun "İdeanı reallaşdır-2022" qrant müsabiqəsinin qalibi olmuş "Peşə təhsilinin əhatələndirilməsinə dəstək proqramı" layihəsi uğurla yekunlaşıb. Layihənin məqsədi gənclər arasında Peşə təhsili sahəsinə olan marağın artırılması və gənclərin Peşə təhsilinə cəlb olunmasına dəstək verməkdir. Layihə çərçivəsində 4 gün ərzində 140 gəncin iştirakı ilə təqdimatlar keçirilib. Layihə rəhbəri Orxan Əliyev Layihənin eksperti Etiram Sadıqzadə Təqdimat iştirakçısı Sevgi Abdullayeva

Cümə axşamı, 26 Yanvar 2023 19:36

Şəkidə yük maşını yandı…

Şəki şəhərinin Şəki kəndində 62 yaşlı Arif Məsimzadəyə məxsus "QAZEL” markalı yük avtomobili yanıb. Yanğın nəticəsində yük maşının yanar hissələri, banına yığılan kömür və ərzaq malları yanıb. FHN-dən verilən məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. 

Azərbaycanın əksər bölgələrində internet məhz Aztelekom vasitəsi ilə ötürülür. Bölgələrdə fəaliyyət göstərən provayderlər də Aztelekomun avadanlıqlarından istifadə edirlər. Belə ki, əksər özəl provayderlərin bölgələrdə öz şəbəkələri yoxdur. Bu səbəblə də interneti ancaq mümkün olan bir yolla paylamalı olurlar. Optik xətlərin olmaması və köhnə avadanlıqlardan istifadə isə həm göstərilən xidməti aşağı salır, həm də ki, internetin sürətini. Xüsusilə də, küləkli, yağışlı və qarlı havalarda internet bərbad vəziyyətə düşür. Elə şəhər sakinləri də, artıq bu cür internet istifadə etməkdən təngə gəldiklərini deyirlər. Əlbəttə ilk olaraq bu cür hallarda vətəndaşlar tək ümid yerləri olan Aztelekoma müraciət edirlər. Ancaq qurum internet və ya telefon borcu olduqda dərhal xətt bağlayaraq göstərdiyi operativliyi nədənsə problem yarananda nümayiş etdirmir. Bərbad internetə həsrət qalanlar da var. Bəli, hər nə qədər qəribə səslənsə də, hazırda Şəkidə bir sıra kəndlər var ki, orda nəinki internet, heç telefon xətti belə yoxdur. Kənd sakinləri hər bir işin onlayn görüldüyü dövrdə internet xəttinə belə sahib ola bilmədiklərindən gileylənirlər. Aztelekomdan isə sorğumuza cavab olaraq bildirildi ki, hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax, Beyləqan, Şəki də daxil olmaqla 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi istiqamətində işlər aparılır. Ancaq aparılan işlərin yekunlaşmasına dair göstərilən tarix 2024-cü ilə təsadüf edir.  Görünür internet istifadəçiləri bir müddət daha bu vəziyyətə dözməli olacaqlar.

Cümə axşamı, 26 Yanvar 2023 19:03

Dağılmış qədim məzarlıq...

Bu yer Qəbələnin rayon mərkəzindən 18 km şimal-qərbdə, dağların arasında yerləşən Qəmərvan kəndinin köhnə qəbiristanlığıdı. Dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşən kəndin bu hissəsində bir çox yerdə qədim qəbiristanlıq olması haqqında işarələr qoyulub. XVII əsrə aid olduğu deyilən məzarlardan bir neçəsi yan tərəfdən tamamilə açılıb. Sakinlər ehtimal edirlər ki, bu dəfə də qəbirlərin açılmasının səbəbi yağıntılı hava şəraitindən sonra dağdan selin gəlməsidi. Qədim qəbiristanlığın zaman ötdükcə bu şəkildə məhv olması yerli camaatı narahat edir. Kəndlilər ümidlidilər. Sümüklər ayaq açıb buralardan uzaqlaşmadan təmir işlərinə başlanılar deyirlər.

Cümə axşamı, 26 Yanvar 2023 17:10

Əvvəl arvadını, sonra özünü bıçaqladı...

Şəki şəhər sakinləri Xəqani Nuriyev və həyat yoldaşı Günəş Nuriyeva arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Xaqani Nuriyev həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib, sonra isə özünü bıçaqlayıb. Hadisədən sonra hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəqani Nuriyevin üzərində cərrahi əməliyyat aparılıb. Günəş Nuriyevanın xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilərək evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Cümə axşamı, 26 Yanvar 2023 15:10

Vineqret salatı resepti | Nahara az qala 25.01.2023

306 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S