Super User
130 ailədən biri "qazlaşan" kənd…
Məryəm Mustafayeva Bizim valideynlərimiz qaz həsrəti ilə dünyasını dəyişdi. İstərdik ki, heç olmasa biz görək. Qazın istisinə isinə bilək. Çox arzulayardıq....Gəlirlər ölçürlər yenə gedirlər. Mənim 60 yaşım var istəyirəm görüm o qazı açıb yandırmaq nə olan şeydir? Sakinlər bildirir ki, qazın çəkilməsi ilə bağlı dəfələrlə müraciət etsələr də problem həllini tapmayıb. Kəndin hər iki yanından keçən Şəki və Zaqatala magistral qaz kəmərləri isə elə sözün əsl mənasında onların gözünün dağına çevirilib. Qaz kəmərləri kəndin girişinə qədər gəlsə də, dörd bir yandakı kəndlərin hamısı qazlaşdırılsa da, Küdürlü kəndi bundan məhrum qalıb. Ancaq maraqlısı odur ki, kənddə yerləşən 130-a yaxın ev təsərrüfatından yalnız birinə qaz çəkilib. Bu isə sakinlərdə bir çox suallara səbəb olur. Məsələylə bağlı Azəriqazdan bildirilib ki, kəndlərin qazlaşdırılması ehtiyac meyarlığı təyin edilməklə tərtib edilmiş siyahı üzrə sıra prinsipi ilə həyata keçirilir. O ki qaldı kənddə yalnız bir nəfərə qazın verilməsinə. Biz də ümid edirik ki, verilən vədlər vəd olaraq da qalmayacaq və növbəti ilin qışını Küdürlü kəndinin sakinləri mavi yanacağın istisi ilə qızınacaqlar.
Nahara az qala - İsti təndir çörəyi pendirlə 24.01.2023
İzo ilə İndi başla 24.01.2023
“Əbədiyyət dastanı”
Şəki rayon Cəfərabad kənd diyarşünaslıq klubunda Heydər Əliyev ilinə həsr olunan “Zəlimxan Yaqub yaradıcılığında Heydər Əliyev mövzusu” adlı tədbir keçirilib. Vurğulanıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, mədəniyyətinin qoruması və inkişaf etdirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub.Bildirilib ki, qədirbilən xalqımız və xalq şairi Zəlimxan Yaqubun timsalında ziyalılarımız Heydər Əliyevin göstərdiyi xidmətləri unutmayaraq öz əsərləri ilə tarixə yazıblar. Buna misal olaraq milli lider haqqında yazılan “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Əbədiyyətə gedən yollar” və digər kitabları göstərmək olar. Tədbirdə şairin ulu öndər Heydər Əliyevə olan sonsuz sevgisindən bəhs edilib. Təsadüfi deyil ki, Zəlimxan Yaqub yaradıcılığında da Heydər Əliyevin Azərbaycan qarşısında xidmətlərinə həsr olunan “Əbədiyyət dastanı”, “Böyük ömrün davamı”, "Zərifə sevgisi-Heydər sevinci" və sair əsərlər var. Rəsmi hissədən sonra Cəfərabad kənd orta məktəbinin şagirdlərinin ifasında Zəlimxan Yaqubun “Böyük ömrün davamı” poemasından hissələr səsləndirilib.
Minik avtomobili ilə motosiklet toqquşub...
Zaqatalada minik avtomobili ilə motosiklet toqquşub. Hadisə günorta saatlarında Zaqatala şəhəri Nizami küçəsində baş verib. Hərəkətdə olan “VAZ 21074” markalı minik avtomobili ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü Kənan Ərtilovun aldığı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.
Körpüdə yaranan çatlar qəzalara səbəb olur...
Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 128-ci km-də, Zaqatala şəhərinin girəcəyində Tala çayı üzərindəki körpü nəqliyyatın intensiv hərəkət etdiyi ərazilərdəndir. Son zamanlar bu ərazidə günün çox hissəsində tıxaclar və qəzalar müşahidə edilir. Səbəbsə körpünün iki hissəsində yaranan iri çatlardır. Sözügedən çatlar vaxtaşırı təmir edilsə də, problem kökündən həll edilmədiyindən bu təmirin ömrüyağış yağanadək davam edir. Körpüdə hərəkət edən avtomobillər sözügedən çalalara yaxınlaşdıqda sürəti maksimum aşağı salmağa məcbur olurlar. Bu da bir çox hallara qıza vəziyyəti yaradır. Körpünün başlanğıc və son hissələrində, yəni dəmir konstruksiyanın torpaqla birləşdiyi yerdə çatların əmələ gəlməsi intensiv hərəkətlə əlaqələndirilir.Avtomobil Yolları Dövlət Agentliyi də sözügedən körpünün vəziyyətindən xəbərdardır. Qeyd edək ki, ötən əsrin 70-ci illərində inşa edilən körpünün uzunluğu 133 metrdir. 4 il öncə əsaslı şəkildə təmir edilən körpü ikitərəfli nəqliyyatın daha rahat hərəkət etməsi məqsədi ilə genişləndirilərək, eni 9 metrdən 12 metrə çatdırılıb.
"Kalorini balıxdan, gündəm xəbər Nanıxdan" | Nanıx xəbər #6
Piyada yol qəzasının qurbanı oldu...
Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. Şəhər ərazisində Fərid Səmədov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçən piyada, 55 yaşlı rayon sakini Güləsər Əliyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
17 yaşlı gəncə çaqqal hücum edib...
Zaqatala rayonunun Bəhmətli kəndində 17 yaşlı gəncə çaqqal hücum edib. Belə ki, Əkrəm Qasımov kəndin inzibati ərazisində ailəsinə məxsus qoyunları otaran zaman çaqqal hucumuna məruz qalıb. Lakin 11-ci sinif şagirdi çaqqalla mübarizə aparıb. O, çaqqalı əlindəki ağacla öldürüb. Ancaq çaqqal onun sol aşağı ətrafının baldır nahiyəsinə xəsarət yetirib. Gənc oğlan yaxınları tərəfindən dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasında Əkrəm Qasımova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.