Mədəniyyət Nazirliyinin təqdim etdiyi “Yaradıcı müzakirələr” layihəsi Şamaxı şəhərində davam edib. Şamaxı Mədəniyyət Mərkəzində keçirilən layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüş və təlimlər təşkil olunub.
Sessiyalar kino, rəsm, dizayn, kulinariya, animasiya, yaradıcı startaplar, fotoqrafiya, bədii şüşə sənəti, dəb və digər mövzular üzrə olub. May ayı ərzində Şamaxı ilə yanaşı, Quba, Gəncə, Mingəçevir və Şəki şəhər və rayonlarında təşkil olunan maarifləndirici sessiyalara ümumilikdə 3000 nəfərdən artıq iştirakçı qoşulub.
Cümə, 31 May 2024 15:15