Super User
Səidə Dadaşova və Könül Əliyeva "Xəbərin var?"da 29.05.2024
"Balakən -Zaqatala bölgəsinin tarixinə dair oçerklər" kitabının təqdimatı olub...
Balakəndə AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi, tarixçi alim Akif Məmmədlinin növbəti kitabının təqdimatı keçirilib. Balakən və qonşu rayonların ziyalılarının qatıldığı tədbirdə bölgənin zəngin tarixi abidələrindən söz açılıb. Bildirilib ki, "Balakən -Zaqatala bölgəsinin tarixinə dair oçerklər" kitabı müəllifin sayca 13-cü işıq üzü görmüş nəşridir.
Kitabda Balakən və Zaqatala rayonlarının tarixi abidələri ilə yanaşı, bu bölgədə baş verən tarixi hadisələr, burada yaşayan xalqlar, bölgənin zəngin mədəniyyətindən söhbət açılıb. Tədbir maraqlı diskusiya şəklində davam edib.
"STEAM" və "Peșə təmayüllü siniflər" yaradıcılıq festivalı keçirib...
Şəkidə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "STEAM" və Peşə təmayüllü siniflər layihəsi tədris edilən məktəblərin təqdimatında yaradıcılıq festivalı keçirilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən keçirilən festivalda ümumilikdə 1000-ə yaxın məktəbli və təhsil işçiləri iştirak edib. Şagirdlərin hazırladığı bir-birindən fərqli layihələr böyük maraqla qarşılanıb. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil edilən festival, ekoloji problemlərə diqqəti artıraraq, davamlı inkişaf və ətraf mühitin qorunması ilə bağlı həll yollarının yayılmasına kömək edir.
AVF Qaxda toplanış keçirib...
Azərbaycan Voleybol Federasiyası Qaxda yeniyetmə qızlar üçün təlim-məşq toplanışı keçirir. Qax Olimpiya İdman Kompleksində təşkil olunan məşqlərdə Oğuz Regional Voleybol Klubunun əhatə etdiyi rayonlardan 2012- 2014-cü il təvəllüdlü idmançılar iştirak edirlər. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilir.
Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilir. Məqsəd isə voleybol idman növünün inkişaf etdirilməsi və milli komandaların region gənclərinin hesabına formalaşdırılmasıdır. Qeyd edək ki, təcrübəli məşqçilərin iştirakı ilə bu cür təlim-məşq toplanışları digər Regional Voleybol Klublarında da təşkil olunacaq.
Eşitməyən qalmasın 29.05.2024
Saxta kərə yağını necə fərqləndirək? | Elə çarə 29.05.2024
Yaxşı deyək, yaxşı eşidək 28.05.2024
Nurlan Namazov, Sədəf Budaqova və Elgiz Əliyev ""5 gün" Mikayıl ilə"də 28.05.2024
Zaqatalada qardaş bacısını odlu silahla qətlə yetirib....
Hadisə rayonun Yuxarı Tala kəndində baş verib. Zaqatala Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla 35 yaşlı Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı 44 yaşlı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutulub.
Dəhşətli qətlin bəzi təfərrüatları da məlum olub. Məlumata görə, hadisə Natavan Əhmədovanın ata yurdunda baş verib. Belə ki, həmin gün bacı-qardaş və yaxın qohumlar mərhumun atasının il mərasiminə toplaşıblar. Ov tüfəngi ilə vurularaq ağır xəsarət alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılakən yolda dünyasını dəyişib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.