Super User
Hacı Dayının Nəvələri 7-ci Bölüm
Milli mətbəximizə aid olan düşbərənin hazırlanması | Kəndimiz 7-ci veriliş
Qaydalara əməl etməyən sürücülər cərimələndi...
Qaxda küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları nəzarət-profilaktik tədbirlər keçirib. Müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülər aşkarlanıb. Yol verdikləri qayda pozuntuları onlara izah olunub və həmin sürücülər barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.
Yeni yaşayış massivi niyə qazlaşdırılmır ?
Ölkədə qazlaşdırılma ilə bağlı hər il müəyyən tədbirlər görülsə də qazlaşmadan kənarda qalan yaşayış məskənləri də yetərincədir. Xüsusilə də yeni yaşayış massivlərində əhali daha çox bu problemi yaşayır. Zaqatalanın Şimal-Qərb massivində olduğu kimi.
Zaqatala şəhərində yerləşən Şimal-Qərb Massivində sakinlərin rahatlığı və infrastruktur baxımından bir çox şərait qurulub. 800-dən çox təsərrüfatın olduğu bu ərazidə yeganə çətinlik, təbii qazın olmamasıdır. Massiv sakinləri illərdir rayon mərkəzinə yaxın bir ərazidə odun, fındıq qabığı kimi alternativ yanacaq növlərindən istifadə edirlər. Sakinlərin sözlərinə görə,hər il qış mövsümündə evlərini qızdırmaq üçün 1000 manatdan çox vəsait xərcləməli olurlar. Məsələnin həlli ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edənsakinlər əraziyə mavi yanacağın çəkiləcəyi günü səbrsizliklə gözləyirlər. Verilən vədə əməl olunsa, belə görünür, sakinlər növbəti qışa artıq odun dərdi çəkməyəcəklər.
Avtoxuliqanlıq edən sürücü həbs olundu
Balakəndə isə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən sürücü saxlanılıb. Rayon sakini Asif Əzizov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri edib və həmin əməllərini özünün “Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları intizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci - avtoxuliqanlıq maddəsi ilə protokol tərtib edib, hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərib. Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Zaqatalada piyadanı maşın vurdu
Zaqatalada yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb. Zaqatala rayonu Yuxarı Tala kənd sakini 38 yaşlı İlkin Muradov özünə məxsus "Nissan Maxima" markalı avtomaşınla Bəhmətli kəndi istiqamətində hərəkət edərkən yolu keçməyə çalışan 71 yaşlı İsmayıl Muradovu vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İlkin Muradov hadisə yerində ölüb. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.