Cümə axşamı, 15 Sentyabr 2022 11:41

Atası ilə birgə Şəhidlər Xiyabanında dəfn edilən igid Vadim Qocayev...

İnsanın itkisini ən çox valideyni anlayır, onu böyüdüb, boya-başa çatdıran ata -anası. Bir gecədə saçına dən düşən atalarımz-analarımız var. Şəhidimiz Vadimin ölüm xəbərinə dözə bilməyən atası Alik Qocayev da dünyasını dəyişdi. Onlar eyni vaxtda son mənzilə yola salındılar. Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan qəhrəmanımız Vadim Qocayev Qobustan rayon Sündü kənd sakinidir. 5 il idi ki, hərbçi olaraq ordu sıralarında xidmətdə idi. 44 günlük Vətən Müharibəsində də iştirak edən Vadimin acı xəbərinə atası Alik Qocayev dözə bilmir. Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata cənazəni təhvil almadan öncə infarkt keçirib. İndi şəhid və atasının məzarı Qobustan rayon Şəhidlər Xiyabanında yerləşir. Hərbçi yoldaşları Vadimin qəhrəmanlığından ağız dolusu danışırlar. Deyirlər ki, şəhidimiz əvvəllər iştirak etdiyi döyüşlərdə dəfələrlə yaralansa da, ordu sıralarına yenidən qayıdıb. Bir yaşlı qızı olan 25 yaşlı qəhrəmanımızın bu günlərdə ikinci övladı dünyaya gələcək.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S