Şəki şəhəri Gəncəli məhəllə sakinləri 2017-ci ildən, marşrut problemi yaşadıqlarını idda edirlər. Sakinlərin sözlərinə görə bu yaşayış massivindən keçən yeganə 3 nömrəli marşrut düz 5 ildir ki, ləğv edilib. Ərazidə 531 yaşayış evi var. Hər gün evindən çıxıb hər hansı bir iş üçün getmək istəyən sakinlər, azı 800 metrə yaxın məsafəni ya piyada gedirlər ya da taksi sifariş edirlər ki, bu da əlavə xərcə səbəb olur. Sakinlərin sözlərinə görə artıq həmin marşrutlar Qala divarlarının aşağı hissəsində və Yuxarı Karvansaray dayanacağında dayanır. Bu da dağ ətəyində yaşayan məhəllə sakinlərinin işini müşkülə salır. Xüsusən də yaşlı insanlar daha çox əziyyət çəkir. Çünki qət ettikləri yol enişli- yoxuşlu çətin relyefdə yerləşən dağ yoludur. Məsələ ilə bağlı Şəki DANX-a müraciət etdik. Qurumun mətbuat xidmətindən məsələyə münasibət bildirilib. Qeyd edilib ki, Gəncəli məhəlləsinə 4-5 il öncəyə qədər heç bir avtobus işləməyib. Belə görünür, yalnız yollar təmir olunduqdan sonra həmin əraziyə marşrut xətti təyin edilə bilər. Bu müddət ərzində isə Gəncəli məhəlləsinin sakinləri enişli-yoxuşlu yolları piyada getməli olacaqlar.