İsmayıllıda bıçaqlanma hadisəsi baş verib. Rayonun Xanagah kənd sakini, 19 yaşlı Hafiz Nəbiyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi, 15 yaşlı Nihat Fətəliyevi bıçaqlayıb. Onların arasında mübahisə və bıçaqlanma hadisəsi kənd yolunda baş verib. Döş qəfəsindən və bədənin digər 4 nahiyyəsindən xəsarətlər alan Nihat təcili olaraq rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan şagirdin vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törədən Hafiz Nəbiyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.