Çərşənbə axşamı, 11 Oktyabr 2022 20:05

Müəllimlərin etiraz etdiyi direktor işdən çıxarıldı…

Ötən burxılışlarımızdan birində Şəkinin Cəfərabad kəndində müəllimlərin direktorla bağlı etirazını gündəmə gətirmişdik. Təhsil nazirliyi də məsələ ilə bağlı araşdırma başlatmışdı. Həmin araşdırmanın nəticəsi artıq açıqlanıb. Belə ki, müəllimlərin etiraz etdiyi Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru işdən çıxarılıb.Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdə araşdırma aparılıb və bir sıra nöqsanlara yol verildiyi aşkara çıxarılıb. "Müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, məktəbin direktoru Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib". Qeyd edək ki, etirazın əsas səbəbi ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtması olub. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S