Super User
Küçə ticarəti ilə məşğul olanlar cərimələnib...
Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib. Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər keçirib. Səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırılıb. Ümumilikdə qanunsuz küçə ticarəti ilə məşğul olan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə protokol tərtib olunub.
Avtoxuliqanlıq edən şəxslər saxlanıldı...
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Göygöl rayon sakini Elşən Məmmədov “Niva” markalı avtomobili ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, daha dəqiq desək, avtoxuliqanlıq edib. Bundan başqa Gəncə şəhər sakini Elcan Cəfərov da yollarda “VAZ 2107” markalı avtomobili ilə təhlükəli manevrlər edib. Hər iki şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə ardıcıl olaraq Elşən Məmmədov 25 və Elcan Cəfərov isə 20 sutka inzibati qaydada həbs edilib.
Yaşayış evi yandı, nənə və nəvə xəsarət aldı...
Zaqatalada fərdi yaşayış evində yanğın olub, evdə kirayədə yaşayan nənə və körpə nəvəsi yanıq xəsarətləri alıb. Yanğın hadisəsi gecə saatlarında Zaqatala şəhəri, Qarabağ küçəsində Reyhan İsmayılova məxsus,üç otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 18 kv/m-lik sahəsinin yanar konstruksiyaları və həmin hissədə olan ev əşyaları yanıb. Yanğın zamanı evdə kirayədə yaşayan rayon sakini, 42 yaşlı Elnarə Qurbanova və onun körpə nəvəsi 1 yaşlı Elay Dəmirova müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.
Rəhman Məmmədli və Gülçöhrə Abdullayeva "Nahara az qala"da 14.11.2022
Ədəbiyyatımızda cənub mövzusu və onun siyasi-ideoloji əhəmiyyəti | Zamanında 14.11.2022
Otorinolarinqoloq Aynur Hacıyeva "Həkimcanlı"da 14.11.2022
Birinci qarabağ müharibəsi şəhidlərinin xatirələri əbədiləşdirilib...
Şəkinin Baş Zəyzid kəndində Birinci Qarabağ müharibəsində öz canlarından keçən şəhidlərimizin abidələrinin açılış mərasimi olub. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, məclis üzvləri, şəhid ailələri və qazilərlə yanaşı, kənd sakinləri də iştirak ediblər. Çıxış edənlər dastan yazan igidlərimizin qəhrəmanlığından danışıblar. Vurğulanıb ki,Baş Zəyzid kəndi 1990- 97- ci illərdə 9 şəhid verib, 1 nəfər itkin düşüb. Ardınca restavrasiya edilən şəhidlərin məzarları başında dualar oxunub , gül dəstələri qoyulub.
“Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsi başa çatdı…
Zəfər Gününə həsr olunmuş “Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb. Düşərgənin bağlanış mərasimində Gənclər Fondunun, Qax Rayon İcra Hakimiyyətinin,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və digər qurumların rəsmiləri, eləcə də Qarabağ qaziləri və Vətən Müharibəsi Qəhrəmanları iştirak ediblər. Mərasim düşərgə iştirakçılarının təqdimatında hərbi proqramın nümayişi, vətənpərvərlik ruhunda biri-birindən maraqlı şeir, musiqi və rəqs nömrələri ilə davam edib. Sonda 120 gəncin iştirakı ilə baş tutan “Xüsusi Təyinatlı Gənclik” - 2 hərbi-vətənpərvərlik düşərgəsinin qalib komandası müəyyənləşib. 5 gün boyunca yüksək nizam-intizam və fəaliyyətlərdə daha aktiv iştirak edən, qiymətləndirmə meyarları üzrə ən yüksək nəticə göstərən “Dəniz pişikləri” komandası 2022-ci il üzrə düşərgənin qalibi elan olunub. Qalib komandaya kubok, medal və hədiyyələri düşərgənin təlimatçıları və Vətən müharibəsi qaziləri təqdim ediblər. Artıq ikinci ildir ki, təşkil olunan və gənclər tərəfindən böyük maraqla qarşılanan düşərgənin hər il keçirilməsi nəzərdə tutulur.
Abidə mühafizəçiləri 3 günlük təlim üçün bir araya gəliblər…
Şəkidə Heydər Əliyev mərkəzində, Mədəni İrsin qorunması, İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin elmi-metodiki ixtisasartirma tərəfindən təşkil edilən tədbirdə abidə mühafizəçiləri bir araya gəliblər. 3 gün davam edəcək təlimdə 20-dən çox abidə mühafizəçisi iştirak edib. Seminara sahə üzrə həm nəzəri, həm də praktiki biliklərə malik olan ekspertlər və təlimçi müəllimlər dəvət edilib. Təlimdə əsas məqsəd abidə mühafizəçilərinin peşəkarlıq baxımından biliklərinin artırılması olub. Belə tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub. Sonda isə, təlimdə iştirak edən fəallıq göstərən iştirakçılara sertifikatlar veriləcək.
Şamaxıda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini hörmət və ehtiramla anıblar. Sonra Şamaxı rayonunda salınmış Şəhidlər Xiyabanında ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının 30 il ərzində zəngin, şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıblar. Partiyanın yaranmasının tarixi bir zərurət, eyni zamanda gənc dövlətimizin gələcək taleyi üçün dönüş nöqtəsi olduğu vurğulanıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP zəngin və şərəfli inkişaf yolu keçərək bugün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər əldə edir. Xalqın sevgisini və dəstəyini qazanan partiya ölkədə sabitliyin təminatında avanqard rolunu oynayır. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, təşəkkürnamələr,partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, II Qarabağ müharibəsi iştirakçılarına isə “Vətən Müharibəsi iştirakçısı” medalları təqdim olunub. Daha sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyi münasibətilə “Yeni Azərbaycan rayon ərazisidnə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ərazinin relyefinə uyğun olaraq müxtəlif növlər üzrə 150 ədəd ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.