Super User
Psixiatriya mərkəzində zəfər gününə həsr edilmiş görüş keçirilib...
“Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib…
Şəkidə "8 noyabr Zəfər günü"nə həsr olunmuş 1 saylı Mediasiya Təşkilatının təşəbbüsü ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Tədbirdə icra hakimiyyətinin, mediasiya təşkilatının rəsmiləri, ictimaiyyət nümayəndələri və Şəki şəhər qarışıq tipli uşaq evinin 70-ə yaxın balaca sakini iştirak edib. Tədbir iştirakçıları ilk öncə şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri düzüb əziz xatirələrini yad ediblər. Ardınca tədbirin rəsmi hissəsində çıxış edənlər 44 günlük Vətən müharibəsindən, ordumuzun rəşadətindən, hərb tarixinə qızıl hərflərlə düşən Şuşa əməliyyatından danışıblar. Vurğulanıb ki, bu yolda canını qurban verən qəhrəmanların şərəfli ömür yolu daim təbliğ edilməli, gələcəyimiz olan uşaqlara örnək təşkil etməlidir. Bildirilib ki, tədbirin keçirilməsində də məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaqdır. Tədbirin bədii hissəsində Şəki şəhər qarışıq tipli uşaq evinin balacaları müharibə və qələbədən bəhs edən səhnəciklər göstərib, mahnılar oxuyub, şeirlər deyiblər. Tədbirin sonunda hüquqşünaslar tərəfindən hazırlanan hədiyyələr körpə fidanlara təqdim edilib.
YAP-ın 30 illiyi qeyd olunub...
Oğuzda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Partiyanın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın mənafeyi naminə səy göstərir.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, II Qarabağ müharibəsi iştirakçılarına isə “Vətən Müharibəsi iştirakçısı” medalları təqdim olunub.
Şahmat turniri keçirilib...
Şəki şəhərində "8 noyabr-Zəfər Günü"nə həsr olunan təhsil işçiləri arasında şahmat turniri keçirilib. Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Şəki şəhər komitəsi tərəfindən təşkil olunan turnirdə çıxış edənlər Vətən mühribəsində ordumuzun göstərdiyi rəşadətdən danışılıb. Ardınca start götürən yarışda 42 nəfər pedaqoji heyyət işçisi iştirak edib. Turnirdə kişilər isveçrə sistemi üzrə, qadınlar isə dairəvi sistemi üzrə mübarizə aparıblar. Hər biri 15 dəqiqə davam edən gərgin və maraqlı qarşıdurmaların sonunda fəxri yerlərə laiq görülənlərə mükafat və hədiyyələr təqdim olunub. Qeyd edək ki, turnirin keçirilməsində məqsəd məktəblərdə şahmata marağın artırılması, şahmatçıların ustalıq səviyyəsinin yüksəldilməsi olub.
Tullantıların idarə olunmasının sağlamlığın qorunmasında rolu... | Zamanında 07.11.2022
Xərçəngdən əziyyət çəkən Aygün Bəyləri göz yaşına boğan xatirlər... Xəzərin Sahilində 06.11.2022
“Dəyərlərimizlə müassirləşək” adlı layihənin açılışı olub...
Təhsil Nazirliyinin 6-ci Qrand müsabiqəsinin qalibi olan Şəki şəhər 17 saylı tam orta məktəbin “Dəyərlərimizlə müasirləşək” adlı layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və qazilər iştirak ediblər. Çıxış edənlər Vətən müharibəsində öz canlarından keçən şəhidlərimizdən, qəhrəmanlıq göstərən qazilərimizdən danışıblar. Məktəblilər də öz növbəsində gələn qonaqlara ədəbi-bədii kompozisiyalar təqdim ediblər. Məlumat verilib ki, 4 ay ərzində fəaliyyətini davam etdirəcək layihə, mart ayında yekunlaşacaq. Məktəblilərə milli dəyərlərimiz olan xalçaçılıq, oymaçılıq sənətinin incəlikləri öyrədiləcək. Layihə xalq sənətimizi tanıtmaq eyni zamanda əl işi ilə fərqlənən şagirdləri üzə çıxarmaq baxımından böyük əhəmiyyət kəsb edir. Layihədə 20 şagird iştirak edir. Sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.
“Zəfərimiz əbədidir” adlı ədəbi-bədii kompozisiya keçirilib…
Şəkidə 7 nömrəli tam orta məktəbdə Şuşa ili ilə bağlı, “Zəfərimiz əbədidir” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə şəhid anaları, qazilər, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Vətənpərvərlik ruhunda təqdimatlar, musiqi nümunələri, şeirlər və bədii kompozisiya nümunələri qonaqlara təqdim edilib. Tədbir məktəblilərdə vətən sevgisinin aşılanması, vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi daşıyır.
Şəkidə tarixi abidədə körpələrə məxsus sümük qalıqları aşkarlanıb...
Qalıqlar “Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu” ərazisində yerləşən və hazırda “Şəbəkə sexi” kimi fəaliyyət göstərən tarixi birmərtəbəli tikilidə tapılıb. Dövlət Turizm Agentliyi tərəfindən tarixi binanın içindəki beton döşəmənin təmiri zamanı 0.8 sm – 1.2 metr dərinlikdə 100 ilə qədər müddətə aid 2-3 yenidoğulmuş və ya azyaşlıya məxsus sümük qalıqları aşkar edilib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. Ərazidə qazıntı işləri isə davam etdirilir.