Super User

Super User

Zaqatalada 70 yaşlı rəssam 52 yaşlı gözətçini qətlə yetirdi. Hadisə rayonun Fındıqlı kəndi ərazisində, 70 yaşlı Qriqoriy Burqandinova məxsus fındıq bağında baş verib. Qriqoriy Burqandinovla Zaqatala şəhər sakini 52 yaşlı Elxan Xəlilov arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.
 
Mübahisə zamanı Qriqoriy Burqandinov əlində olan spirtli içki şüşəsi ilə Elxan Xəlilovun baş nahiyəsindən zərbə endirib. Ağır xəsarət alan Elxan Xəlilov hadisə yerində ölüb. Qriqoriy Burqandinov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. İsti izlərlə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Xəlilovu öldürməkdə şübhəli sayılan Qriqoriy Burqandinov tutularaq istintaqa cəlb edilib.
 
Məlumata görə, qətlə yetrilən Elxan Xəlilov Qriqoriy Burqandinovun fındıq bağının yaxınlığında olan başqa bir bağda gözətçi işləyirmiş. Qətli törətməkdə şübhəli sayılan Qriqoriy Burqandinov isə rəssamlıq sənəti ilə məşğul olub. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Cümə axşamı, 03 Noyabr 2022 18:53

YAP-ın təsis edilməsinin 30 illiyi qeyd olunub…

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə partiyanın Şəki rayon təşkilatı tərəfindən konfrans keçirilib. Tədbirdə partiyanın idarə heyyətinin rəsmiləri, İcra nümayəndəliyi, Regional Təhsil idarəsinin heyyəti, QHT-in üzvləri, qazilər, şəhid ailələri və bir sıra ictimayyət nümayəndələri iştirak edib.  Partiyanın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra konfransda çıxış edənlər YAP milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynayaraq xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrildiyini bildiriblər. Qeyd edilib ki, çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 30 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub. Konfransda partiyanın keçdiyi 30 illik şərəfli yola qısa nəzər salınıb, əldə olunan uğurlardan bəhs edilib. Diqqətə çatdırılıb ki, YAP-ın digər rayon təşkilatları kimi Şəki rayon təşkilatı da istər ölkə, istərsə də rayonun ictimai-siyasi həyatında yaxından və fəal iştirak edir. Sonda bir qrup gəncə partiya biletləri təqdim olunub, partiyanın fəal üzvlərinə fəxri fərmanlar verilib.

510 -dən səhifə 643

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S