Super User

Super User

Oğuz rayonunda meşə ərazisində vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb. Meyit Tayıflı kəndi inzibati ərazisində aşkar olunub. Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib. Ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib. Qeyd edək ki, tənha yaşayan Əbülfət Ağayevin ruhi əsəb xəstəsi olduğu deyilir. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb. Hazırda fakt araşdırılır.

Bazar, 20 Noyabr 2022 09:09

Şəhidin xatirəsi yad edilib...

Hacı Hacizadə  Qaxın Çüdüllü kəndində doğulub boya-başa catıb. Orta məktəbi bitirdikdən sonra o, 2017-ci ilin oktyabrında hərbi xidmətə gedib. Hərbi xidməti başa vurub kəndə qayıtsa da Hacının ürəyində olan vətənpərvərlik hissi onu rahat qoymayıb.  Anasına, dostlarına həmişə Vətən uğrunda döyüşəcəm, şəhid olacam deyirmiş. Vətən müharibəsi başlayan zaman Hacı evdəkilərdən xəbərsiz Hərbi Kommissarlığa gedib və könüllü olaraq qeydiyyatdan keçib. Sentyabrın 29-undan döyüşlərə qatılan qəhrəman  şücaətilə fərqlənib. O, Füzuli və Şuşanın azad olunmasında yaxından iştirak edib. Noyabr ayının 9 da isə qanı bahasına bağlı olduğu bayraq günündə əbədiyyətə qovuşub. Hacı Hacızadə ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Cəsur Döyüşcü” və “Vətən Uğrunda” medalları ilə təltif olunub. 

 Şəkinin Köbər Zəyzid kəndinin sakinləri 3 ilə yaxındır ki, içməli suya həsrət qalıb. Belə ki, 200-dən artıq təsərrüfatı olan, 1200-ə yaxın əhalisi olan kəndin təlabatını qarşılamaq üçün qazılan quyulardan çıxan su içmək üçün yararlı deyilmiş. Bundan əlavə, artezian və subartezian quyuları ya çöküb, ya da işləmir. Kənd sakinlərinin müraciət etmədikləri yer, döymədikləri qapı qalmayıb. Ancaq dərdlərinə əlac edən yoxdur. Bir sözlə, artıq neçə ildir ki, məsələnin həll olunmadığını görən şikayətçilər son ümid yeri kimi Kanal S-ə üz tutub. Əməkdaşlarımız sözügedən kənddə yollanaraq məsələni araşdırmağa çalışıb. 

Zaqatalada velosipedçini avtomobil vuraraq öldürüb. Hadisə səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala şəhər istiqamətində hərəkətdə olan 28 yaşlı rayonun 3-cü Tala kənd sakini Elvin Ömərov idərə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə volosipedlə hərəkət edən Muğanlı kənd sakini, 50 yaşlı Səlim Əhmədovu vurub. Qəza zamanı velosipedçi Səlim Əhmədov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Şəki şəhərində ilk dəfə keçirilən idman festivalı ayrı-ayrı idman növlərinin təbliği, uşaq və yeniyetmələrdə idmana maraq oyatmaq, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir. Bir həftə davam edəcək festivalın ilk üç günündə  20-dən artıq Olimpiya idman növü üzrə idmançı və məşqçilər üçün ustad dərsləri keçirilib. Növbəti üç gündə isə şəhər sakinlərinin, idmansevərlərin qarşısında bu idman növləri nümayiş etdiriləcək. Açılış mərasiminə qatılan hər bir şəhər sakini qurulmuş idman stendlərində öz qüvvələrini sınayıb. Həm əylənib, həm də öyrəniblər. Qeyd edək ki, noyabrın 19-dək davam edəcək festivalda 150 idmançı və 35 məşqçi iştirak edir. Festivalın proqramına uyğun olaraq, noyabrın 14, 15 və 16-da idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub, müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi şəxslərlə görüşlər keçirilib. Eləcə də Şəki şəhərinin görməli yerlərinə, tarixi məkanlara ekskursiyalar təşkil edilib. Noyabrın 19-dək idmançılar şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcək, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılacaqlar.

2022-2023-cü il tədris ili üçün Şəki-Zaqatala regional təhsil idarəsinin tabeçiliyində olan ümumi təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsi keçirilib. Qeydiyyatdan keçmiş 195 müraciətçidən 186-sı müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda 169 nəfər direktor müavini olmaq üçün mübarizə apararaq qanunvericilik və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar. İmtahanda uğurlu nəticə göstərən namizədlər üzrə müsahibədə iştirak hüququ qazanacaqlar. Müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Qeyd edək ki, namizədlərə 6 rayon üzrə 29 vakant yer təklif olunur.

Cümə axşamı, 17 Noyabr 2022 18:55

Şəhidimizin xatirəsi anılıb...

Şəhid Şabanov Kamran Elşən oglu 1995-ci ildə Qax rayonunun Marsan kəndində dünyaya göz açıb. 2013-cü ilin yanvar ayında hərbi xidmətə yollanıb və hərbi xidməti bitirib qayıtdıqdan sonra öz kəndində bərbər kimi fəaliyyət göstərib. Elə uşaq vaxtlarından vətənpərvər ruhda böyüyən, ailədə üc qardaşdan böyüyü olan Kamran ikinci Qarabag müharıbəsi başlayan gündən könüllü olaraq cəbhəyə yollanıb. Kamran döyüş bölgəsində müxtəlif ərazilərdə qəhrəmancasına vuruşub. Fizuli şəhərinin azad olunmasında xüsusilə igidlik göstərib və noyabr ayının 8 də Şuşa şəhəri ugrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qeyd edək ki, Kamran Şabanov ölümündın sonra "Vətən Ugrunda", "Cəsur Döyüşcü" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

504 -dən səhifə 643

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S