Super User
Terapevt-reanimatoloq Aynurə Babayeva "Həkimcanlı"da 16.11.2022
Qaydalara əməl etməyən sürücülər...
Emin Maşın sürətlə gəlirdi getdi darvazaya girdi. Qonşunun divarını dağıtdı. Yolun qırağı ilə də gedə bilmirik. Məsafə balacadır qorxursan ki gəlib sənə dəyər. Mətin Uşaqlar çölə çıxmağa da qorxurlar. Evdən oturduğun yerdə bir də görürsən maşın gəlir evə. Yuxarıda da izi var. Anar uşaqlar çıxır böyük çıxır. Maşınların sürəti də 100-120. Bu yaxınlarda aşağıya znak qoydular o da cuzi təsir elədi müvəqqəti. Dəyanət sürət həddi yüksəkdir bir də görürsən gəlirsən böyründən elə keçir ki, az qala səni vura. Sakinlər deyir ki, hər gün eyni vəziyyətdir, dəfələrlə sürücülərə xəbərdarlıq etsələr də, heç bir nəticəsi yoxdur. Onlar problemdən çıxış yolunu sürət radarlarının qoyulması və yola xüsusi maneələrin döşənməsində görürlər. “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsi yollarda sürət rejimini aydın şəkildə müəyyən edir. Həmin maddəyə əsasən, yaşayış məntəqələrində icazə verilən maksimal sürət 60 km/saat-dır. Hər bir sürücü yaşayış məntəqəsində sürət rejiminə dair bu qaydanı əzbər bilməlidir və ona riayət etməlidir. Ancaq təəsüf ki, sürücülərin böyük əksəriyyəti qanunun tələblərinə əməl etmirlər. Xatırladaq ki, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmağa görə İnzibati xətalar məcəlləsində 10 manatdan 250 manata və 4 baladək cərimə nəzərdə tutulub. O ki, qaldı adıçəkilən yolda sürət radarlarının qoyulmasına, bunun üçün sakinlər BDYP-ə yolun təhlükəli olması ilə bağlı müraciət etməlidirlər.
Səkkiz karatlıq zaravat | Nahara az qala 16.11.2022
Ucqar kəndə elm öyrətmək üçün atla gedən müəllim...
Sabunçu kənd ümumi orta məktəbinin fiziki tərbiyə müəllimi öz peşəsinin vurğunu və peşəkarıdır. Elə bu peşəsinə bağlığının nəticəsidir ki, yaşadığı Yuxarı Çardaqlar kəndindən dərs dediyi qonşu dağ kəndində yerləşən təhsil müəsisəsinə 13 ildir ki, atla gedib gəlir. Bu illər ərzində müəllimin peşə həyatında elə dəyişən tək şey də nəqliyyat kimi istifadə etdiyi atlarıdır. Hava şəraiti və çayda suyun səviyyəinin nisbətən az olması bu gün müəllimə iş başına çatmağa imkan verdi. Təəssüf ki, hər dəfə işə atla gedib gəlmək elə də asan olmur. Rauf müəllim deyir ki, dəfələrlə atdan çaya yıxıldığı və ya çayı keçə bilmədiyi üçün qət etdiyi çətin yolu yarıdan geri qayıtdığı zamanlar da az olmayıb. Belə zamanlarda təhsil şöbəsi və məktəb rəhbərliyi məlumatlandırılır və dərs saatı başqa günlə əvəzlənir. Üzləşdiyi çətinliklər gənc müəllimin peşəsinə olan həvəsini, sevgisini zərrə qədər də azaltmayıb. Rauf Ramazanovun hədəfi ucqar dağ kənində yaşayan yeniyetmələrin fiziki cəhətən sağlam böyüməlrinə töhvə verməkdir. Məktəbin biologiya müəllimi Gülxar Əliyeva isə hər gün yaşadığı ryon mərkəzindən 22 kilometrlik məsafəni qət edərək, təhsil müəsisəsinə gəlir.Yolun böyük qismini ümumi nəqliyyatdan istifadə edən müəllim Yuxarı Çardaqlar kəndindən Sabunçu kənd ümumi orta məktəbinədək olan bir neçə kilometrlik məsafəni isə, çətin dağ yolunu keçərək gəlməli olur. Orta məktəbin bir neçə gənc müəllimi isə qonşu Qax və Balakən rayonlarındandırlar.Gənc müəllimələr kəndin uzaq,yolunun isə keçiməz olduğunu nəzərə alaraq elə bu ucqar kənddə kirayədə qalırlar. Cəmi 10 şagirdin təhsil aldığı məktəbdə 12 müəllim şagirdlərin təlim tərbiyəsi ilə məşğul olur. Müəllimlərin yeganə problemi qarda, yağışlı havalarda yol problemi səbəbindən məktəbə çata bilməməkləri və nəticədə dərslərin təxirə alınmasıdır. Elə kənd sakinləri ilə yanaşı, müəllimlər də kəndə yol çəkilməsini, gediş-gəlişin asanlaşmasını arzulayır.
“İdman festivalı-2022”yə start verildi...
Şəki Olimpiya İdman Kompleksində “İdman festivalı-2022”yə start verilib. 5 gün davam edəcək festivalın ilk günündə idmançılara hərbi-vətənpərvərlik hazırlığı, ilkin tibbi xidmət, rəqs növləri üzrə təlimlər keçirilib, intellektual və debat yarışları təşkil olunub. Festivalda 23 olimpiya idman növü üzrə müxtəlif yaş qruplarında 149 idmançı və 35 məşqçi iştirak edir. Festivalın proqramına uyğun olaraq, idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunacaq. Eləcə də Şəki şəhərinin görməli yerlərinə, tarixi məkanlara ekskursiyalar təşkil ediləcək. Həmçinin şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar da nəzərdə tutulub.
Minik avtomobili traktorla toqquşdu, sürücü öldü...
Oğuzda minik avtomobili traktorla toqquşub. Hadisə rayonun Xaçmaz kəndində baş verib. 29 yaşlı Xaçmaz kənd sakini Səxavət Atakişiyevin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə 57 yaşlı Etibar Usubovun idarə etdiyi traktor toqquşub. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü Səxavət Atakişiyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.