Super User
Bankın adına səhifə açaraq dələduzluq etdi...
Sosial şəbəkədə bankın adına səhifə açaraq dələduzluq edən şəxs ifşa edilib. Qəbələ Rayon Polis şöbəsinə müraciət edən zərərçəkən kartında olan məbləği öyrənmək məqsədilə “Instagram” sosial şəbəkəsində banklardan birinin səhifəsinə yazdığını, kart məlumatlarını özünü bank işçisi kimi təqdim edən şəxsə göndərməsi nəticəsində hesabında olan 2000 manat pulun çıxarıldığını bildirib. Araşdırma zamanı sosial şəbəkədəki həmin səhifənin qeyri-rəsmi, yəni saxta olduğu, vətəndaşların pullarını ələ keçirmək məqsədilə naməlum şəxs tərəfindən yaradıldığı müəyyən edilib. Dələduzluq cinayətini törədən Mingəçevir şəhər sakini, 23 yaşlı Asif Osmanov şübhəli şəxs qismində saxlanılıb. Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə və Qəbələ Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.
Xurma məhv olmaması üçün kütləvi şəkildə qurudulur...
Zaqatalada hər il 387 ha xurma bağlarından 20 min tona yaxın məhsul tədarük edilir. Məhsuldarlıq bol olduğu üçün və xurma ixracı ilə bağlı yaranan problemlər səbəbindən təsərrüfatçılar məhsulu qurudub sataraq zərərdən çıxmağa çalışırlar. Xurmanın ev şəraitində qurudulması ənənəsi Zaqatalada hələ ötən əsrin 70-80-ci illərindən olub. Bərk xurma soyularaq,saplaqları vasitəsi ilə ipə düzülür,sonra isə qurumaqçün asılır. Bir ton yaş xurmanı qurutduqda təqribən 200-250 kq quru məhsul almaq mümkündür. Qiymətlərə gəlincə,bir kiloqram hazır xurma qurusu 2 manata alıcılara təklif olunur. Bu il qonşu ölkələrdəki mövcud vəziyyət yaş xurmada olduğu kimi, xurma qurusunun da qiymətlərinə və bazarına mənfi təsir göstərib. İqtisadçılar xurma ixracındakı vəziyyəti yaxşılaşdırmaq üçün yeni bazarlar tapmağı məsləhət görür. Bunun üçün isə ölkədə istehsal olan xurmanın beynəlxalq standartlar sertifikatının əldə edilməsi vacibdir.
Özümüzə səyahət - Əməkdar artist Nadir Xasıyev | 23.11.2022
Allahverdi Yolçuyev: Səhhətimdə problemlər var, yaşamaq istəyirəm | İndi başla 23.11.2022
Samir Salam və Səriyyə Mənsurova "Nahara az qala"da 23.11.2022
Sərbəst güləş idman növü üzrə yarış keçirilib...
Şamaxı rayon Gənclər və İdman İdarəsinin və Olimpiya Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Orxan Salehovun xatirəsinə həsr olunan 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə yarış keçirilib. Şamaxı Olimpiya Mərkəzində təşkil olunan turnirdə çıxış edənlər Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışıb, bu Qələbənin şəhidlərimizin qanı bahasına başa gəldiyi, onların xatirəsinin daim qəlblərdə yaşayacağı xüsusi vurğulanıb. Daha sonra yarışa start verilib. Mübarizəyə 10 çəki dərəcəsi üzrə müxtəlif rayon və klubları təmsil edən 110 idmançı qoşulub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışların sonunda qalib gələn idmançılar diplom və medallarla mükafatlandırılıblar.
Axtarışda olan şəxsdən tiryək götürülüb...
Zaqatala polisinin keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa cəlb edilib. Üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik və oğurluq cinayətləri törətdiyi üçün məhkum olunmuş Eldar Xasayevin üzərində külli miqdarda tiryək aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Qeyd edək ki, Eldar Xasayev bir müddət əvvəl Bakı şəhərində törətdiyi cinayətə görə axtarışda olub.
Məişət zorakılığı ilə bağlı şagirdlər maarifləndirildi...
Şəkidə 8 saylı tam orta məktəbdə “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib. İcra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisiyanın, eləcə də hüquq-mühafizə orqanlarının rəsmilərinin qatıldığı tədbirdə şagirdlərə hüquqları izah edilib. Məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün cəmiyyəti əhatə etməsindən bəhs edilib. Sonda şagirdlərə bukletlər təqdim edilib.
YAP-ın yaradılmasının 30 illiyi qeyd olunub...
Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib. Partiyanın 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya üzvünə Fəxri Fərman, YAP sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.