Super User
Müğənni Murad Sadıx: İllər keçsədə musiqilərim unudulmur | Nahara az qala 22.11.2022
Həkim-ankoloq Asif Abbasov "Həkimcanlı"da 21.11.2022
Hepatoloq Könül Mahmudova "Həkimcanlı"da 22.11.2022
Köbər Zəyzid kəndinin su problemi həll olundu...
Ötən həftə Köbər Zəyzid kəndsakinlərinin son ümid yeri kimi Kanal S-ə müraciəti əsasında su təminatındakı problemlərini, kənddə mövcud olan artezianların quruması və çökməsi səbəbindən fəaliyyətini dayandırmasını işıqlandırmışdıq. Sözügedən süjetimiz efirə getdikdən sonra Şəki Suvarma Sistemləri idarəsi hərəkətə keçərək problemin aradan qaldırılmasına çalışıb. Nəticədə kənddə mövcud artezian və subartezian quyularında bərpa işləri aparılaraq sakinlərin istifadəsinə verilib. İdarənin baş mühəndisi Allahverdi Həmidov bildirib ki, kəndin əkin sahələrinin və təsərrüfatlarının suvarılma suyu ilə təminatında hər hansı bir çatışmazlıq yoxdur. Qurum rəsmisi sakinlərin narazılığına səbəb olan artezian və subartezianların sıradan çıxması məsələsinə də aydınlıq gətirib.
Direktor olmaq üçün namizədlər imtahan verdilər…
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəsissələrinə direktorların işə qəbul müsabiqəsinin test imtahan mərhələsi keçirilib. 6 rayon üzrə keçirilən müsabiqədə qeydiyyatdan 111 nəfər keçsə də subyektiv səbəblərdən imtahada 103 nəfər iştirak edib. 80 dəqiqə ərzində iştirakçılar 45 sual cavablayıblar. Namizədlər ən az 50 faiz bal topladığında imtahanın müsahibə mərhələsində iştirak hüququ qazanır. Qeyd edək ki, direktor olmaq üçün namizədlər ən az 5 il pedaqoji iş stajına malik olmalı və hal- hazırda pedaqoji fəaliyyətlə məşğul olmalıdırlar.
Makaron sevən şəkili Nadir pitiyə yox demədi...
Son iki gündür sosial şəbəklərdə şirin danışığı, əsl Şəkili kimi məzəli cavabı ilə hamının sevimlisinə çevrilən Nadiri göstərəcəyik indi. Nadir təbii ki, Şəkinin ən məşhur yeməyinin piti olduğunu bilir. Amma ən sevdiyi yemək də makarondur... Əməkdaşımız Məmməd Məmmədov da bu gün məşhur Nadirlə həmsöhbət olub, hətta birlikdə piti yeyiblər. Həm də pitini təbliğ etmək məqsədilə onun tarixi və necə hazırlanması ilə maraqlanıblar...
Şair Könül Nazimqızından "Nahara az qala" verilişinə özəl misralar... 21.11.2022
Birjalar və onların iqtisadiyyatda rolu | Zamanında 21.11.2022
Heç bir aparıcını bəyənməyən Qoşqar Rəşidovla Kim var, Kim yox? 17.11.2022
12 yaşlı qız dəm qazından boğularaq ölüb...
12 yaşlı qız dəm qazından boğularaq ölüb. Zarağan kəndində yaşayan, 2010-cu il təvəllüdlü Aylin Rüstəmova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. 12 yaşlı qız xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.