Super User

Super User

Şənbə, 26 Noyabr 2022 19:55

Kəlağayı festivalı keçirilib...

Elə yeri gəlmişkən, Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Kəlağayısı Günü münasibətilə “Nənələrdən miras qalan ismətimdir kəlağayı” adlı festival keçirilib. Elm və Təhsil Nazirliyi, Şəki,İsmayıllı və Bakı Uşaq-Gənclər İnkişaf mərkəzlərinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əlaqədar qurumların əməkdaşları, şəhid anaları və qazilər, uşaq və yeniyetmələr iştirak ediblər. Çıxış edənlər ipəkçilik ənənələrinin qorunub saxlanıldığı Şəkidə kəlağayı sənətinin bütün dövrlərdə yerli sakinlərin həyatında və məişətində özünəməxsus yer tutduğunu diqqətə çatdırıblar. Xatırladılıb ki, kalağayı ənənəsi Şəkidə nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatıb. Rəsmi hissədən sonra uşaqların ifasında Azərbaycana, Vətənə, vətənpərvərliyə, birliyə, kəlağayıya həsr edilən şeirlər və mahnılar səslənib, rəqslər ifa olunub.

Qadınlardan ibarət komandanı formalaşdırmaq elə də asan iş deyil. Şəkinin qadınlardan ibarət  komandası isə az müddət ərzində bunu bacarıb. Qısa   zaman ərzində  komanda böyük uğurlar əldə edib.  Hətta komandanın bəzi oyunçuları Azərbaycan milli yığmasında da uğurla ölkəmizi təmsil edirlər.  Komandanın hər zamanki kimi əsas hədəfi mövsüm sonunda çempionluq yaşamaqdır. Bu hədəfə çatmaq isə heç də asan məsələ deyil. Lakin oyunçular özlərindən əmindirlər. Onlar bu hədəfə çatmaq üçün həftədə azı 3 dəfə məşq edirlər. Komandanın bir digər hədəfi isə yığmaya mütəmadi olaraq oyunçular göndərməkdir. Necə deyərlər, idmanda udmaq da var, uduzmaq da. Biz isə qızlarımıza mövsümün sonunda qızıl medal almağı və beləliklə dünya çempionatındakı ölkəmizi uğurla təmsil etməyi arzulayırıq. 

Şənbə, 26 Noyabr 2022 17:27

Gözəllik simvolu - kəlağayı...

Bu gün - 26 noyabr tarixi - Azərbaycan kələğayısı günüdür...
Azərbaycan qadınının gözəllik simvollarından biri olan kəlağayı milli dəyərlərimizdən biridir. Dünya inciləri siyahısında da yer alan bu milli sənətimizin yaşaması, təbliğ edilməsi, nəsillərdən-nəsillərə ötürülməsi çox vacibdir. Çünki kəlağayıda Azərbaycanın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, etnoqrafiyası, folkloru yaşayır.
Azərbaycanda Kəlağayı istehsalı ta qədimlərə gedib çıxır. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərləri yüksək keyfiyyətli kəlağayılar hazırlayan şəhərlər sırasında olub. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal-qərbdə yerləşən Şəki şəhərində və İsmayıllının Basqal qəsəbəsində daha geniş yayılıb. Kəlağayının daha çox məhz bu bölgələrdə toxunmasının və yüksək keyfiyyətinin səbəbi, heç şübhəsiz Şəki ipəyidir. Kəlağayı basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Naxışların hər biri özündə böyük məna ehtiva edir.

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə inşa olunmuş evlərin mülkiyyət hüququnun rəsmiləşdirilməsi davam edir.  Bu dəfə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən  Şamaxı rayonunda səyyar qeydiyyat xidmətləri göstərilib. Şamaxıda təbii fəlakət nəticəsində dağılmış və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi məqsədilə səyyar qeydiyyat xidməti göstərilib. Səyyar qeydiyyat xidməti çoxmənzilli yaşayış binasında olan mənzilləri və fərdi yaşayış evlərini əhatə edib. Rayonda  174 bu cür ev siyahıya alınıb. Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur. Əmlak Məsələləri Dövlət Xidməti  yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan siyahıya uyğun olaraq Gəncə, Şəki, Yevlax, Şirvan, Balakən, Beyləqan, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Qax, Qəbələ və Zərdabda da səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.

Cümə axşamı, 24 Noyabr 2022 19:11

Sinif otağının tavanı uçdu...

Ölkədə baş verən hadisələrlə davam edək.Şəkinin Çayqaraqoyunlu kəndində bədbəxt hadisə yaşanıb. Məktəbin siniflərindən birinin plastik tavan hissəsi uçaraq dərs zamanı uşaqların üzərinə düşüb. Nəticədə 4 şagird  yüngül xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb edilib. Şagirdlərə ilkin tibbi yardım göstərilib. Hazırda uşaqların vəziyyəti yaxşıdır.  Şəki-Zaqatala regional təhsil idarəsindən isə bildirilib ki, sözügedən məktəbin təmirə ehtiyacının olması ilə bağlı aidiyyatı qurumlar əvvəlcədən məlumatlandırılıb. Yay fəslində  cari təmir işləri aparılıb, həmçinin  növbəti il üçün təmir olunacaq məktəblər siyahısına daxil edilib. Hazırda isə əraziyə baxış keçirilib, qəzalı korpus bağlanıb. 

Cümə axşamı, 24 Noyabr 2022 18:23

İsmayıllı məktəblisi rekorda imza atib...

16 yaşlı Asiman Mirzəliyev İsmayıllı rayonun Göytəpə kəndinin gənc həm d də intellektual sakinlərindən biridir. Hazırda İsmayıllı şəhəri Natiq Mehdiyev adına 6 nömrəli tam orta məktəbin 11 sinifində oxuyan məktəblinin istəkləri çox, hədəfləri isə böyükdür. İndiyə kimi qatılığı bütün müsabiqələrdə qaliblər sırasında olan müsahibimiz sonuncu dəfə Elm və Təhsil Nazirliyin Əlaçı  layihəsində rekorda imza atıb. Əldə etdiyi bu uğurlar göstərir ki, Asiman məktəb illərində gözlərinin nurunu hədər yerə xərcləməyib.  Bu yarışın qalıbi olacağıma insansam da rekordçusu olmağım ağlıma gəlməzdi deyir Asiman Mirzəliyev. Bu uğuruna özü qədər valideyinlərinin, müəllim vəsinif yoldaşlarının sevinməsi qəhrəmanımızı daha da ruhlandırıb. Qazandığı uğurları ilə hər kəsi sevindirən və qururlandıran məktəbli buraxılış və qəbul imtahanlarında da ən yüksək nəticə əldə etmək niyyətindir. Hazırda əsas hədəfi  ali təhsil alaraq gələcəkdə dünyanın ən güclü proqramisti olmaqdır. Asimnaın təhsil aldığı orta  məktəbin də uğurları tək onunla yekunlaşmır. Xatırladaq ki, “Yeniləşən Azərbaycana,Yeni Məktəb“layihəsi çərçivəsində inşa edilən orta məktəbdə şagirdlərin rahat təhsil alması üçün bütün şərait yaradılıb.  Asiman Mirzəliyev kimi digər şagirdlərə isə üzərlərinə düşən məsuliyyət və öhdəliyi dərk etmək və dərslərinə ciddi yanaşaraq gələcəkdə ölkəmizin uğurları üçün tövhə vermək qalır.

Çərşənbə, 23 Noyabr 2022 18:51

Dəm qazı təhlükəsindən necə qorunaq?

Qaz istehlakçılarının təhlükəsizlik qaydalarına biganə yanaşmaları faciələr yaradır. Soyuq qış ayları boyunca sağlamlığımızı qorumaq naminə üz tutduğumuz isinmə tədbirlərinin həyatımıza son qoymaması üçün istilik sistemlərinin, qızdırıcıların quraşdırılmasını peşəkarlara həvalə etməli, bütün hallarda standartlaşdırılmış qaydaları nəzərə almalıyıq. Mütəxəssislər deyir ki, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Tüstü boruları binaların dam örtüyün xarici örtük səthindən 70 sm yüksəklikdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı təmizlənməsi qış mövsümü başlamazdan əvvəl həyata keçirilməlidir. Bundan əlavə, sertifikatlaşmadan keçən məhsullardan istifadə edilməli və quraşdırılma qaydalarına əməl edilməlidir. Ekspertlər dəm qazının qoxusu olmadığından mənzillərdə qaz detektorlarının quraşdırılmasının vacibliyini vurğulayırlar. Nəzərə alsaq ki, mövsüm hələ indi başlayır, deməli qaydalara riayət etməklə nə qədər insanın həyatını xilas etmiş olarıq. Onu da unutmayaq ki, qaydalara biganəlik, həyatımıza təhlükədir.

501 -dən səhifə 643

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S