Super User
Şəhidin anım günü keçirilib...
Şəkinin Cəfərabad kəndində Vətən müharibəsinin şəhidi Ruslan Sadıqovun anım günü qeyd edilib. Ailəsi, yaxınları, qazilər şəhidin qəbri ziyarət edib, ruhuna dualar oxuyub. Daxili Qoşunların "Yarasa" xüsusi təyinatlı dəstəsinin atəş təminatı snayper yarım qrupunun komandiri Ruslan Sadıqov 2020-ci ilin sentyabrında erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması üçün başladılan əks hücum əməliyyatlarının ilk günlərindən Vətən müharibəsində iştirak edib. Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib, düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv edib. Dünya hərb tarixinə düşən Şuşanın azad edilməsi əməliyyatında iştirak edən baş çavuş Ruslan Sadıqov düşmənə qan udduraraq öz qəhrəmanlığı ilə tarixə düşüb. Şəhidin 3 övladı yadigar qalıb.
"Cənab leytenant" sənədli filminin təqdimatı keçirilib…
Vətən müharibəsi şəhidi Fərid İzzətliyə həsr olunan "Cənab Leytenant " sənədli filminin təqdimat mərasimi keçirilib. Mərasimdə şəhər rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, filmdə şəhid Fərid İzzətlinin ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, əldə etdiyi uğurlar, nümunəvi xidməti və Vıtın müharibəsində göstərdiyi şücaətlər geniş yer alıb.
“Xüsusi Təyinatlı Gənclik” düşərgəsi başladı...
Artıq ikinci ildir ki, uğurla təşkil olunan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi, xalqımızın birliyi və ordumuzun gücü hesabına qazanılmış tarixi Qələbəyə həsr edilən “Xüsusi Təyinatlı Gənclik” düşərgəsi gənclərin hərbi-fiziki hazırlığını yüksəltməyə, onları idmana və sağlam həyat tərzinə təşviq etməyə, vətənpərvərlik və həmrəylik hissinin daha da gücləndirməsinə öz töhfəsini verir. “Zəfərimiz” şüarı altında açıq hava şəraitində 7 komanda şəklində ümumilikdə 120 gənc iştirak edir. Düşərgə müddətində gənclərə simulyativ hərbi əməliyyat proqramı əsasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizir heyəti tərəfindən topoqrafiya, dağçılıq, mühəndis-istehkam, kəşfiyyat, sıra hazırlığı, ilkin tibbi hazırlıq, kütləvi qırğın silahlarından müdafiə hazırlığı, ekstremal şəraitdə həyatda qala bilmə, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçiriləcək. Həmçinin gənclər üçün hərbi idman oyunları, təbiətə ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncələrin də keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, 5 gün davam edəcək düşərgənin sonunda qaliblər mükafatlandırılacaq.
Avtomobil 2 qadını vurub, biri ölüb...
İsmayıllıda avtomobil iki piyadanı vurub. Rayonunun Topçu kəndi ərazisində Qurbanəfəndi kənd sakini Dağlar Ələsgərov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ləman Dadaşova və Dilarə Hacıyevanı vurub. Nəticədə piyada Ləman Dadaşova hadisə yerində ölüb, Dilarə Hacıyeva isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsi araşdırma aparır.
Keçilməz yolları olan ucqar Sabunçu kəndi...
Zaqatalanın mərkəzindən 22 kilometr aralıda yerləşən ən ucqar kəndlərdən biri olan Sabunçu kəndinə getmək üçün 4 kilometrədək yolu çaylaq, daşlı ərazidən, və bir neçə çay yatağından keçməli olduq. Çətin, keçilməz relyefə məxsus dağlıq ərazidə yerləşən digər ucqar kəndlər kimi bu kəndin də ən ciddi problemi elə yolla bağlıdır. Çayda suyun səviyyəsi artdığı təqdirdə kəndin mərkəzlə əlaqəsi bəzən günlərlə kəsilir. Digər vaxtlarda isə kəndə yalnız xüsusi nəqliyyat vasitlərinin köməyi ilə getmək mümkündür. Əsrarəngiz gözəlliyi ilə göz oxşayan Sabunçuda hazırda 45-ə dək təsərrüfat və 200 nəfərə yaxın əhali yaşayır. Kənddə bir ümumi orta məktəb, kənd klubu, məscid və bir tibb bacısının çalışdığı tibb məntəqəsi fəaliyyət göstərir. Ucqar ərazidə yerləşməsinə baxmayaraq, Sabunçu kəndi elektrik enerjisi, rabitə və internet kimi vacib infrastrukturla təmin edilib. Ən qədim yaşayış məskənlərindən biri olan bu kəndin əhalisinin böyük qismi ötən əsrin ortalarında, çətin relyeflinin olması və sel, daşqın kimi təhlükələrə görə aran ərazilərə köçürülüb. Əzgilli, Ələsgər, Qalal, Qas kimi Sabunçu kəndinin də təbiətinin gözəlliyi bu ərazidə yaşıl turizmin yaradılması üçün olduqca əlverişlidir. Yeganə çatışmayan cəhət isə, yolla bağlıdır. Ucqun, daşqın, sel kimi təbii təhlükələr bu ərazidə normal yol çəkilişini mümkünsüz edir. Lakin, bu kəndlərdə yaşayan sakinlər əmindirlər ki, mütəxxəsislər onların bu yol problemi üçündə hansısa altenativ həll yolu tapacaq.
Ev telefonlarına tələbat var?
Bir vaxtlar insanlar arasında ən populyar ünsiyyət vasitəsi hesab olunan ev telefonları müassir tələblərə cavab vermədiyindən insanlar arasında getdikcə öz aktuallığını itirib. Artıq yaşlı nəsil də, müasir tələblərə uyğunlaşan əlaqə vasitələrindən istifadə edirlər. Səbəbi isə, evdə olmayanda belə istədikləri anda hərkəslə ünsiyyət qura bilmələridir. Amma sakinlərin heç də hamısı belə düşünmür. Ev telefonu ilə mütəmadi danışanlar da var. Mütəxəssislər ev telefonlarına təlabatın əvvəlki illərlə müqayisədə xeyli azaldığını qeyd edir. Səbəb müasir texnalogiyların inkişafı və bu bazarda sakinlərə daha geniş xidmətlər təklif edən şirkətlərin artmasıdır. Hətta bir neçə ilə sabit telefon xəttləri yerini sürətli internet, televiziya kanalları ötürmə imkanına malik fiberoptik kabellərə verəcək. Tarifin artırılması əhaliyə bu istiqamətdə göstərilən xidmətlərin yaxşılaşdırılması, dünyada gedən dəyişiklilər, internet vasitəsilə əlaqələrin artması fonunda labüd olub. Həmçinin sözügedən sahənin qarşıdakı iki il ərzində tamamilə yenilənməsi nəzərdə tutulur. Xatırladaq ki, Tarif Şurasının qərarı ilə Azərbaycanda noyabrın 1-dən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə manata çatdırılıb. Şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.
Şamaxıda ilk qar…
Bir neçə gündür respublika ərazisinə hakim olan soyuq hava, nəhayət, sərt üzünü göstərdi. Şamaxıya ilk qar yağdı. Ən çox qar rayonun Nağaraxana,Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, və Dəmirçi kəndlərinə düşüb. Qışın vaxtından əvvəl gəlməsinə sakinlər hazır olmasa da, bu təbiət hadisəsi rayona gələn turistlərdə xoş ovqat yaradıb. Kənd sakinlərinin sözlərinə görə, qar əkin sahəsinə müsbət təsir edəcək. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvercilərin kütləvi qırılmasına da səbəb olacaq. Dağlıq ərazilərdə yerləşən yaşayış məskənlərinə 5-10 santimetrdən artıq qar yağıb. Qar səbəbindən yollarda hər hansı bir problem yaşanmayıb. Yol idarəsinin əməkdaşları gecə saatlarından vəziyyəti nəzarətdə saxlayıb. Çuxuryurd-Nağaraxana-Pirqulu istiqamətində yol açıq olsa da, Dəmirçi- Lahıc istiqamətində buzlanma və qatı duman müşahidə olunur. Gediş-gəlişdə heç bir problem yaşanmasa da qışa hazırlıqsız olan sürücülərə gecə və səhər saatlarında yola çıxmamaları tövsiyə olunur.