Super User
At və uzunqulaq cəsədlərinin qalıqlarının görüntüləri yayılıb...
Sosial şəbəkələrdə İsmayıllı rayonunun “Tingçilik” adlanan ərazisində at və uzunqulaq cəsədlərinin qalıqlarının olması ilə bağlı görüntülər yayılıb. Heyvan qalıqlarının ora necə töküldüyü sirr olaraq qalır. İddia olunur ki, həmin heyvanların ətləri rayonda mal əti adı ilə insanlara satılır. Yerli sakinlərsə belə hala rast gəlmədiklərini qeyd edilər.
STEAM Mərkəzi açılıb…
Elm və təhsil naziri Emin Əmrullayev şimal-qərb zonasına səfər çərçivəsində Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin nəzdində yaradılan STEAM Mərkəzinin açılışında iştirak edib. Açılış mərasimində öncə iştirakçılar Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, innovativ texnologiyalarla tam təmin olunan Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub. Burada "Robotics", "Art", "Science", "STEAMKids", CNC və 3D çapmexatronika, dronistiqamətləri üzrə sahələr var. Mərkəzdə yaradılmış imkanlardan regionun digər məktəblərinin şagirdləri və müəllimləri də yararlana biləcəklər. Bu günədək Zaqatala şəhər akademik Zərifə Əliyeva adına lisey və AşağıTala kənd 1 nömrəli tam orta məktəbdə STEAM layihəsi tətbiq olunub. Zaqatala rayonu üzrə 14 müəllim təlimlərdən keçib. Layihə 374 şagirdi əhatə edir. 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanların yaradıcı düşünmə, əməkdaşlıq etməvə s. kimi bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətməklə yanaşı onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir.
Yanğına məruz qalan ərazilər bərpa olunur...
Yay mövsümündə yanğına məruz qalan meşə zolaqları bərpa olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti meşəbərpa tədbiri Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin ərazisində keçirilib. Avqust ayında yanğına məruz qalmış sözügedən ərazi artıq əkinə hazır vəziyyətə gətirilib və Şahdağ Milli Parkının əməkdaşlarının iştirakı ilə ərazidə yerli şəraitə uyğun 1000-dən çox ağac əkilib, toxum səpilib. Keçirilən meşəbərpa tədbirləri zamanı Regional Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş ağac tinglərindən və milli parkdakı ağaclardan toplanmış toxumlardan istifadə olunub.
Nahara az qala - Qaymaqlı, göbələkli toyuq 28.11.2022
Zamanında - Qarabağda törədilən ekoloji terror və problemlərin həlli yolları... 28.11.2022
Eldən çölə - Lerikdə 25.11.2022
Kim var, kim yox? - Leyla Ramazanlı ilə Binəqədidə 24.11.2022
Xəyalə ilə "sizdəyik" - Aşıq Mübariz Kəlbəcərli 20.11.2022
Şəkidə xəsarətlə nəticələnən yol qəzası...
Şəkinin Baş Göynük kəndində xəsarətlə nəticələnən yol qəzası baş verib. Belə ki, kənd sakini İzzət Həsənovun idarə etdiyi "Chevrolet-Niva" markalı avtomobil texniki nasazlıq səbəbindən idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı qaz borusuna, sonra isə divara çırpılıb. Hadisə nəticəsində qaz xətti zədələnib, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 31 yaşlı Aynurə Həsənova müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, qaz xəttinin zədələnməsi nəticəsində ətraf ərazidəki evlərə təbii qazın verilişi dayandırılıb. Hazırda qaz xəttinin bərpası istiqamətində işlər görülür. Faktla bağlı araşdırma aparılır.
Yolayrıcın asfaltsız yolları…
Zaqatalanın Yolayrıc kəndinin sakinlərinin yol sarıdan bəxtləri heç gətirməyib. Rayon mərkəzindən 20-25 km aralıda yerləşən bu kəndin yoluna heç vaxt asfalt döşənməyib. Makov kənd İnzibati ərazi nümayəndəliyinə daxil olan bu kəndin əhalisi 1500 nəfərdən çoxdur. Nümayəndəliyin Makov, Paşan, Fındıqlı,Höytala kimi kəndlərinə illər öncə asvalt çəkilsə də, nədənsə bu kənd həmin prosesdən kənar qalıb. Yağmurlu havalarda palçıq, su çalaları, quru havalarda isə toz əlindən yolda piyada hərəkət etmək mümkünsüzdür. Sürücülər deyir ki, yararsız yol səbəbindən avtomobillərin ehtiyyat hissələri də sıradan çıxır. Digər tərəfdən, 10 dəqiqəlik yolu yarım saata gedərək ancaq mənzil başına çatırlar. Cəmi 5 kilometr uzunluğunda olan bu yolun bəzi hisələrinə yerli imkanlar hesabına çınqıl döşənib. Lakin, bu da mövcud problemi ardan qaldırmır. Sakinlər mövcud problemlə əlaqədar dəfələrlə aidiyyati qurumlara müraciət etdiklərini bildirirlər. Avtomobil Yolları dövlət agentliyindən isə bildirildi ki, kənd daxili yolların təmiri regionların sosial-iqtiadi inkişafı layihəsinə uyğun olaraq aparılır. Beləliklə görünür, tezliklə Yolayrıcın yolları da asflat üzü görəcək.