Super User

Super User

Cümə axşamı, 01 Dekabr 2022 18:58

Ölkə ərazisində şaxtalı hava höküm sürür...

Bir neçə gündür yağan yağış və sulu qar gece saatlarından başlayaraq bəzi bölgələrdə qarla əvəzlənib. Lənkəran-Astarada qar intensiv xarakterli olub. Qar örtüyünün hündürlüyü Altıağacda 9, Şahdağda 3, Qusar və Qaxda 2, Qobustan, Quba, Şəki və Göygöldə 1 sm olub. Qobustan, Şamaxı və İsmayıllının dağ kəndlərinə yağan qarın qalınlığı 5-10sm-ə çatıb. Qeyri-sabit hava şəraiti avtomobil yollarına təsir etməyib. Bakı-Şamaxı-Yevlax yolu, Şamaxı-Pirqulu, Muğanllı-İsmayıllı, Şamaxı-Ağsu yolu hal hazırda işlək vəziyyətdədir.Yollar açıq olsa da qarın yağması davam edir magistrlar yolların bəzi hissələrində güclü duman var.Əsasən də duman Muğanallı-İsmayıllı və Ağsu dolaylarında müşahidə olunur.Görmə məsafəsi bir metrə enib.Sürücülər maşınlarının sürət həddini aşağı endirmək məcburiyyətində qalıblar. Qeyd edək ki, gecə saatlarında bu yollardan istifadən edən sürücülərə ehtiyatlı olmalarını, meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini tövsiyə olunur.

Cümə axşamı, 01 Dekabr 2022 18:07

Kəndin ərazisi zibil poliqonuna çevrilib...

Bu ürək bulandiran mənzərə hansısa zibil poliqonunda deyil, Şamaxı rayonunun Çaylı kəndi ərazisində qeydə alınıb. Rayon mərkəzindən bir qədər aralıda olan bu ərazinin füsünkar təbiəti məişət tutlantıları ilə çirkləndirilib. Zibillik poliqonuna çevrilən əraziyə atılan tullantıların böyük əksəriyyəti tez alışan və yanğına meyilli olan tullantılardı.Əgər hər hansısa kənar müdaxilə olarsa, yanğınlar qaçılmaz olacaq. Digər tərəfdən açıq şəkildə tibbi tullantıların kəndin ətrafına atılması müxtəlif xəstəliklərin daha tez yayılmasına səbəb ola bilər. Zibillənən ərazi kənd sakinlərinə məxsus örüş sahələridir.Sakinlər deyir ki bura atılan müxtəlif tullantılar külək səbəbindən ətrafa yayılır. Yaxınlıqdakı taxıl sahələrinə yayılan müxtəlif tullantılar səbəbibindən kəndlilər əkin-biçin vaxtı sahələrdən istifadə edə bilmirlər. Zibilliyə çevrilən ərazinin yaxınlığında yerləşən su anbarının olması kənd sakinlərini narahat edir. Kəndin mənzərəsini pozan natəmizlik və pis qoxu bir yana, əhali həmin anbarın suyundan içir və təsərrüfatda istifadə edir. Nəticədə yaranan antisanitar vəziyyət insanlar və digər canlılar üçün həyati təhlükə yaradır. Ərazi təmizlənmədiyindən zibil günü-gündən artır. Məişət tullantıların toplanması və daşınması bilavasitə yerli özünü idarəetmə orqanlarının işi olduğundan kəndin bələdiyyəsi və kənd icra nümayəndəsi ilə əlaqə saxladıq. Hər ikisi müsahibə verməkdən boyun qaçırsa da sonradan icra nümayəndəsi açıqlama vermək qərarına gəldi. Ümid edirik ki, bununla da problem birdəfəlik həllini tapar. 

Çərşənbə, 30 Noyabr 2022 17:55

Şəkinin həllini tapmayan yol problemi...

Bəli, artıq neçə ildir ki, nə Şəkinin mərkəzində kanalizasiya xəttinin çəkilişi qurtarır, mə də bərbad halda olan yollar asfaltlanır. İri çuxurlar, yarğanlar, yayda tozlu, qışda palçıqlı küçələr sakinləri artıq təngə gətirib. Yolların belə halda olması sakinləri həm xərcə salır, həm də şəhərdə hərəkəti çətinləşdirir. Yolların acınacaqlı vəziyyətindən ən çox əziyyət çəkənlərdən biri də marşrut sürücüləridir. Qazılmış yollar səbəbindən daim marşrutlarını dəyişməli olurlar. Bu, həm sərnişinləri dayancaqlardan uzaq salır, həm də mikroavtobus sürücülərini əlavə xərcə salır. Üstəlik qazılmış yollar qəza şəraiti də yaradır. Məsələ bu yaxınlarda respublikanın ali kürsüsü olan Milli Məclisdə belə qaldırılıb. Şəkini təmsil edən millət vəkili Vüqar İskəndərov şəhərin yolları ilə bağlı yaşanan çətinliyi dilə gətirib və problemin qısa zamanda həll olunmasının vacibliyini qeyd edib. Şəkililər ümid edir ki, Millət vəkilinin bu çağırışına səs veriləcək. Və problem tezliklə həllini tapacaq. Beləcə Şəki sakinlərinin illərdir kabusuna çevrilən problem aradan qalxmış olacaq.

Çərşənbə axşamı, 29 Noyabr 2022 18:07

Mediasiya şurası “açıq qapı” günü keçirib...

Şəkidə 1 saylı Şəki mediasiya şurasının təşkilatçılığı ilə İctimayi Təqdimat və “Açıq qapı” Günü adlı tədbiri keçirilib. Tədbirdə mediatorlar, ədliyyə işçiləri iştirak ediblər. Şəki daxil olmaqla, Mingəçevir, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Qax, Qəbələ, Oğuz, Ucar, Yevlax, Zaqatala, Zərdab rayonları üzrə mediatorların müraciətləri müzakirə olunub. Çıxış edənlər ölkəmizdə aparılan mediasiya islahatlarının artıq öz müsbət bəhrəsini verdiyini bildiriblər. Söhbət zamanı qeyd edilib ki, mediasiya islahatları geniş ictimai mahiyyət daşıdığından bu sahə cəmiyyət üçün açıq olmalıdır. Bildirilib ki, tədbirin məqsədi aparılan islahatlar barəsində ictimaiyyətə açıq məlumat vermək və bu fəaliyyəti şəffaf şəkildə çatdırmaqdan ibarətdir.

499 -dən səhifə 643

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S