Rəqəmsal məşğulluğun tətbiqi formalaşdırılır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi vətəndaşların xidmət sahəsində rəqəmsal məşğulluğun tətbiqini formalaşdırır və inkişaf etdirir. Elə bu məqsədlə də keçən il əmək və məşğulluq alt sistemi istifadəyə verilib. Sistemin yaradılmasında məqsəd ilk növbədə vətəndaş məmur münasibətini minimuma endirməkdir. Belə ki, agentliyə müraciət edən şəxslər artıq tək şəxsiyyət vəsiqəsi ilə bütün işlərini görə bilirlər. Eyni zamanda portalda qeydiyyatdan keçərək bütün vakansiyalardan məlumatlı olurlar. Hazırda qurumda rəqəmsallaşmanın inkişafı istiqamətində işlər davam etdirilir.