Şənbə, 17 İyun 2023 17:13

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir. Növbəti dəstək göstərilən təsərrüfat Zaqatala rayonunun Qazangül qəsəbəsində yerləşən, fermer təsərrüfatı olub. Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri , eləcə də Zaqatala rayon rəsmiləri təsərrüfatı ziyarət ediblər. 9 ha ərazisi olan təsərrüfat iri və xırdabuynuzlu heyvanların saxlanılması üzrə ixtisaslaşıb. Eyni zamanda burada arıçılıq, quşçuluq və balıqçılıqla da məşğul olunur. Təsərrüfat sahəsi dağ ətəyində yerləşir ki, bu da turistlər üçün dağa çıxmaq, pikinq etmək, dağ yabanı meyvələrindən bəhrələnmək imkanı yaradır. Qeyd edək ki, layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 177 fermer təsərrüfatından 130-u aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.

 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S