Şəki Dövlət Dram Teatrında gənc rejissor Orxan Həmidlinin quruluşunda Xəqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” adlı tarixi dramı əsasında səhnələşdirilmiş “Çələbi xan” tamaşasına geniş ictimai baxış keçirilib. Tamaşa görkəmli tarixçi alim, akademik Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunub.
Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, geyim üzrə rəssamı Günel Məmmədlidir. Rəqslərin quruluşu Çingiz Novruzəliyevə məxsusdur. Rəngarəng tarixi obrazların yer aldığı tamaşada Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Aydın Əlibabayev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirizadə, Rəşad Rüstəmov, Qurban Rəsulov, Çingiz Novruzəliyev, Fərahim Fətəliyev, Pərviz İsmayılov, Orxan Həmidli, Elvin Mabudov və Rəsul Məmmədrəhimov rol alıblar. Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Çərşənbə axşamı, 20 İyun 2023 16:52