Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Zaqatalada aqroturizm təsərrüflarına mediatur təşkil olunub. Tur çərçivəsində media nümayəndələri istirahət məkanı və arıçılıq təsərrüfatında göstərilən xidmətlərlə yaxından tanış oublar.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır. Layihə çərçivəsində bugünədək yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. Baxış keçirilən 177 fermer təsərrüfatından 130-u aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.
Cümə, 22 Dekabr 2023 15:04