Super User
Hindistanlı turist Zaqatala dağlarında yoxa çıxdı…
Hindistanlı turist Böyük Qafqaz sıra dağlarında itkin düşüb. Hindistan vətəndaşı 29 yaşlı Kondaveeti Manikathi Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Azərbaycanın Zaqatala rayonu ərazisindən keçən hissəsində itkin düşüb. Mayın birinci ongünlüyündə Zaqatalaya turist kimi gələn Kondaveeti Manikathi Böyük Qafqaz sıra dağlarının cənub ətəyini gəzmək qərarına gəlib. O, gəzintisinə mayın 13-ü, Zaqatala rayonun Qəbizdərə kəndi yaxınlığında dağlıq ərazidən başlayıb. Hindistanlı turistin marşurut üzrə hərəkət etdiyi ərazidə, yaxud da ərazinin yaxınlığında itkin düşdüyü ehtimal olunur. Turistin axtarışlarına Zaqatala rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb edilib. İki gündür davam edən axtarışlar hələlik heç bir nəticə verməyib.
Narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin üstü açıldı...
Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə 12 ildən artıq məhkumluq həyatı yaşayan Qalib Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Qalib Qasımovun yaşadığı ünvandan gizlətdiyi yarım kiloqrama yaxın marixuana maddi sübut kimi götürülüb. İstintaq-əməliyyat tədbirləri nəticəsində onun törətdiyi digər cinayət əməlinin də üstü açılıb. Belə ki, Qalib Qasımovun Şəkidə yerləşən, təmir işləri gedən evdən 700 manat dəyərində elektrik kabelləri oğurladığı müəyyənləşib. İfadəsində oğurladığı kabelləri yandırdığını və əldə etdiyi misi satmaq niyyətində olduğunu bildirib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Şəki sakini yolsuzluq avtomobili hazırlayıb…
Şəkinin Kiş kəndi dağlıq və çətin relyefə sahib ərazidə yerləşir. Kənd sakinləri əsasən burada hündür və yük maşınlarından daha çox istifadə edir. Elə Dilqəm Kərimli də təsərrüfatda yaşadığı çətinliklər səbəbindən yolsuzluq avtomobili yaratmağa qərar verib. Çətinliklə də olsa istədiyinə nail olub. Dilqəm bu konstruksiyanı internetdə gördükdən sonra yaratmaq fikrinə düşüb. Avtomobili ərsəyə gətirmək üçün isə nə az, nə çox 2 min manata yaxın pul xərcləyib. Bu sahədə az təcrübəsi olmasına baxmayaraq yenə də qarşısına qoyduğu məqsədin öhdəsindən gəlib. Kənd sakini avtomobilin sənədləşməsində bir sıra problemlər yaşadığını deyir. Ancaq yenə də həvəsdən düşmür. Daha bir yolsuzluq avtomobili hazırlamaq fikrindədir. Hazırda Dilqəm Kərimli yaratdığı yük maşınını ancaq kənd ərazisində istifadə etdiyini deyir. Yük maşını yüksək off-road xüsusiyyətlərinə sahibdir.
“Vaqif” tamaşasına ictimai baxış olub...
"Vaqif" tamaşası Səməd Vurğunun eyniadlı dramının motivləri əsasında hazırlanıb. Səhnə əsərinin ssenari müəllifləri mərhum rejissor Mərdan Feyzullayev və şair Vaqif Aslan, quruluşçu rejissoru Mərdan Feyzullayevdir. Səhnə əsərində Qarabağ xanlığının tarixinə aid “Qarabağnamə”lərdən istifadə edilib. Tamaşada Vaqif obrazını yubilyar, Əməkdar artist Əbülfət Salahov, Qacar obrazını isə Əməkdar artist Xanlar Həşimzadə, digər rolları isə əməkdar artistlər Akif Yusifov, Rəhim Qocayev, həmçinin İlyas Əsədov, Aydın Əlibalayev və başqaları ifa ediblər. Əbülfət Salahovun hər dəfə səhnəyə gəlişini böyük coşquyla qarşılayan tamaşaçılar sonda uzun müddət onu ayaqüstə alqışlayıblar. Sonda Ardından yubilyar Şəki rayon icra hakimiyyəti, Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanlarla, Teatr xadimləri ittifaqının sənətkar medalı ilə təltif edilib.
Bərdə nə gözəldir, necə qəşəngdir. Yazı da, qışı da güldür, çiçəkdir | Tur-İzim
Zirincli dana əti qovurması | Yeməli 19.05.2022
Uroloq-androloq Seyidəli Həmidli "Həkimcanlı"da 19.05.2022
Sacda göbələk sote resepti | Kəndimiz 68-ci veriliş
Şəki çempionatı keçirilib...
Şəkinin Cəyirli kəndində universal döyüş növləri üzrə Şəki çempionatı keçirilib. 100-ə yaxın idmançının iştirak etdiyi yarışda müxtəlif yaş və çəki qrupunda olan idmançılar güclərini sınayıblar. İdmançılar arasında yığma komandanın tərkibində iştirak edənlər də olub. Yarışın kənddə keçirilməsində məqsəd kənd gəncləri arasında idmana olan marağı artırmaq, yeni idmançılar yetişdirmək və gənclərin asudə vaxtının səmərəli təşkilidir. Sonda qalib idmançılar mükafatlandırılıb.
Yem bazasının az olması kümçüləri narahat edir...
İpək qurdunun bəslənməsi dövrü cəmi 30 günü əhatə edir. Kümçülərin sözlərinə görə,bu dövrdə ən çətin məqam da elə barama qurdunun 4-cü yuxudan ayıldığı son 8 gündür. Bu dövrdə barama yaxşı qidalanmalıdır ki, keyfiyyətli olsun. Ötən il rayon üzrə kümçülərə paylnılan 1350 qutu ipək qudundan 42 ton 250 kq barama tədarük edilib. Bu il isə bu rəqəmin bir qədər aşağı olacağı gözlənilir. Belə ki,bu il kümçlərə 750 qutu ipək qurdu paylanılıb. Rayon üzrə bu il 36 ton baramanın tədarük ediləcəyi proqnozlşdıılır. Toxumun ötən illə müqayisədə az paylanılması isə hava şəraiti və yem bazasının azlığı ilə əlaqələndirilir. Qarşıdakı illərdə isə rayonda salınan yeni tut bağları heabına yem bazası istiqamətində yaşanan bu poblem birdəfəlik həll ediləcək.