Super User
Neyroelmlər uzmanı, uzman neyropsixoterapevt Nuranə Kazımova "Həkimcanlı"da 31.10.2022
Dəyirman ununa təlabat artır...
İlisu kəndində yerləşən dəyirman ötən əsrin ortalarından etibarən fəaliyyətə başlayıb və uzun illər su ilə işləyib. Bir müdətdən sonra su, elektrik mühərriki ilə əvəzlənib. Dəyirmanın əsas funksiyası taxıl məhsullarını əzib üyüdərək un halına gətirməkdir. Dəyirman iki böyük daşdan və fırladıcı qurğulardan ibarətdir. Dəyirmançı Rəşad Bəkirov deyir ki, bir gündə bir tona qədər taxıl məhsullarını üyütmək mümkündür. Dəyirmanda üyüdülən qara undan bişirilən çörək isə bir çox xəstəliklərin dərmanıdır. Əsasən də şəkərli diabet xəstələri təbii dəyirman unundan daha çox istifadə edirlər. Dəyirmançı söyləyir ki, son illər qara una, o cümlədən qarğıdalı ununa da təlabat artıb. Dəyirmana hətta ətraf rayonlardan da üyütmək üçün dənli bitkilər gətirilir. Dəyirmançı ata-babalarından ona yadigar qalan bu sənəti qoruyub gələcək nəsillərə çatdırmağı özünə borc bilir.
Yeni meyvə sortları və ting istehsalı prosesinin təqdimatı keçirilib...
Ötən il fəaliyyətə başlayan Şamaxı Üzüm Tingçilik Mərkəzi üzüm və digər meyvə tinglərinin istehsalı üzrə dünyanın ən qabaqcıl seleksiya şirkətləri ilə əməkdaşlığı davam etdirir. İspaniya şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən tingçilik mərkəzində bu şirkətə məxsus yeni meyvə sortlarının yetişdirilməsi və ixracı təşkil edilir. Xarici və yerli mütəxəssislərlə birgə Şamaxıda 50-dən artıq fermerə yeni meyvə seleksiya nailiyyətlərinin təqdimatı keçirilib. Təqdimatda İspaniyalı mütəxəssislər yeni meyvə seleksiya nailiyyətləri və üzüm tinglərinin istehsalı prosesi haqqında danışıb. Fermerlərin sualları cavablandırılıb və onlara məsləhətlər verilib. Sonra Şamaxı Üzüm Tingçilik Mərkəzinə səfər edilib, yeni salınmış kolleksiya bağları, istixana kompleksi, calaq prosesi və tinglər fermerlərə nümayiş olunub. Qeyd edək ki, respublikada tingçilik sahəsinin inkişaf etdirilməsi Kənd Təsərrüfatı Nazirliyinin əsas hədəflərindən biridir. Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında əsas məqsəd respublikanın meyvəçilik təsərrüfatlarını xəstəlik və zərərvericilərdən azad, sertifikatlı, bəyan edilən sorta doğru və müxtəlif iqlim şəraitlərinə adaptasiya qabiliyyətli əkin materialları ilə təmin etməkdir.
İqlim dəyişikliyinə adaptasiya edən yeni texnikalar nümayiş olunub…
İldən-ilə iqlim dəyişikliklərinin kənd təsərrüfatının müxtəlif sahələrinə təsirləri daha aydın hiss olunur və məhsuldarlıq göstəricilərinin aşağı düşməsinə səbəb olur. Bu baxımdan qlobal iqlim dəyişikliyinin səbəb olduğu suvarma ilə bağlı çətinliklərin həllində torpaq və resursqoruyucu texnikalar, müasir texnologiyaların tətbiqi zərurətə çevrilir. Təqdim edilən yeni texnologiyalar bu baxımdan taxıl əkinində fermerlərin işini asanlaşdıracaq. Müşavirədə şirkətlər tərəfindən nümayiş etdirilən torpaq və resursqoruyucu texnikalara, həmçinin gübrə və pestisidlərə baxış keçirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Öryət və Şəki kəndlərində müxtəlif innovativ və kombinə edilmiş çoxfunksiyalı, torpaq və resurs qoruyucu texnikaların tarla şəraitində iş prinsipi əyani olaraq nümayiş etdirilib. Yeni texnikalarla yığımın daha çevik aparılması növbəti əkinə zamanında başlamağa imkan verir. Eyni zamanda bu texnikalar torpağa ziyan vermədən, quru və demyə topraqlarda əkin işlərini zamanında həyata keçirməyə imkan yaradır, torpağın üst münbit qatı qorunur, atmosferə atılan zəhərli qazların təsiri azalır. Sonda onu da qeyd edəki ki, bu texnalogiyadan istifadə edəcək fermerlər ənənəvi üsulda 2 dəfə səpinqabağı əməliyyat aparmalıdır ki, bu da maliyə cəhətdən fermerə ən azı 100 azn başa gəlir. Ancaq bu texnologiyadan istifadə zamanı əlavə xərclərdən birdəfəlik qurtulacaqlar.