Super User
"Zəfərin Mübarək, Azərbaycan!"
8 Noyabr – Zəfər Günü Şəki rayonunda da təntənəli şəkildə qeyd edilib. İlk öncə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri Şəki şəhərindəki Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının məzarını ziyarət ediblər. Tədbir sonra Heydər Əliyev Mərkəzinin önündə konsert proqramı ilə davam edib. Proqramda vətənpərvərlik, qələbə ruhlu mahnılar səsləndirilib, rəqs nümunələri nümayiş olunub, flaşmob göstərilib. Konsertin sonunda havaya Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən şarlar buraxılıb. Zaqatalada da Zəfər günü münasibətilə keçirilən tədbirdən öncə rayon rəsmiləri ulu öndər Heydər Əliyevin abidəsini, eləcə də ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid Vətən oğullarının məzarını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Ardınca Zəfər gününə həsr edilən gənclərin fləşmobu maraqla qarşılanıb. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində rəngarəng bayram konserti ilə davam edib. Bayram tədbirində şanlı qəlbmizə həsr edilən film nümayiş edilib. Rayon İncəsənət ustalarının ifaları,şux rəqslər iştirakçılarda xoş bayram əhval ruhiyyəsi yaradıb. Şamaxıda öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şamaxı Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə çıxış edənlər Vətən müharibəsinin tariximizin şanlı səhifəsi kimi gələcək nəsillərə örnək göstəriləcəyini bildirib, dövlətimiz tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışıblar.Tədbir mədəniyyət işçilərinin ifasında möhtəşəm konsert proqramı ilə davam edib. Lənkəranda şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə "Zəfərin Mübarək Azərbaycan" adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib. Çıxış edənlər vurğulayıb ki, Azərbaycan Ordusu işğalçı ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın edərək, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atdı. Vətən müharibəsi dövründə hər bir vətəndaşımızın həqiqətən də bir yumruq kimi eyni amal uğrunda birləşməsi bizi qalib ölkəyə çevirdi. Tədbir məktəblilərin ifasında Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başa çatıb. Respublikanın hər yerində olduğu kimi Neftçala rayonunda Zəfər Günü böyük coşqu ilə qeyd edilib. İlk olaraq ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, ruhuna ehtiram bildirilib. Sonra Heydər Əliyev Mərkəzində sərgiyə baxış keçirilib. Ardınca Zəfər Gününə həsr olunan konsertə start verilib. Çıxışlarda qeyd olunub ki, Vətən müharibısində qazanılan böyük Zəfər Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Sonra incəsənət ustalarının ifasında vətənpərvər ruhda mahnılar səsləndirilib. Salyan rayonunda da "8 Noyabr- Zəfər Günü”nə həsr olunan silsilə tədbirlər səhər saatlarından başlayıb. Tədbir iştirakçıları ilk olaraq Heydər Əliyev Mərkəzinin foyesində Zəfər tariximizə həsr olunan rəsm sərgisi ilə tanış olublar. Sonra Vətən müharibəsinin iştirakçısı və Qəhrəmanı Zaur Hüseynov Qarabağın tacı olan Şuşanın qəhrəmanlıqla alınmasından söz açıb, Şuşanın azad edilməsinin Azərbaycan hərb tarixinin ən yaddaqalan və şanlı səhifələrindən biri olduğunu vurğulayıb. Tədbirdə Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət Məktəbinin kollektivi vətənpərvərlik və qələbə ab-havalı musiqilər səsləndirib. Sonda Əməkdar artist Aybəniz Haşımova və rəhbərlik etdiyi Sənət Akademiyasının yetirmələri tamaşaçılara möhtəşəm anlar yaşadıb.
Gövhər Rzayeva: "Hər bir qadın ər çörəyi yemək istəyər..." | Sənətdəsən 05.11.2022
Aşıq Vüqar Mahmudoğlunun ocağına yığışmışıq | Xəyalə ilə sizdəyik 06.11.2022
Psixiatriya mərkəzində zəfər gününə həsr edilmiş görüş keçirilib...
“Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib…
Şəkidə "8 noyabr Zəfər günü"nə həsr olunmuş 1 saylı Mediasiya Təşkilatının təşəbbüsü ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Tədbirdə icra hakimiyyətinin, mediasiya təşkilatının rəsmiləri, ictimaiyyət nümayəndələri və Şəki şəhər qarışıq tipli uşaq evinin 70-ə yaxın balaca sakini iştirak edib. Tədbir iştirakçıları ilk öncə şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri düzüb əziz xatirələrini yad ediblər. Ardınca tədbirin rəsmi hissəsində çıxış edənlər 44 günlük Vətən müharibəsindən, ordumuzun rəşadətindən, hərb tarixinə qızıl hərflərlə düşən Şuşa əməliyyatından danışıblar. Vurğulanıb ki, bu yolda canını qurban verən qəhrəmanların şərəfli ömür yolu daim təbliğ edilməli, gələcəyimiz olan uşaqlara örnək təşkil etməlidir. Bildirilib ki, tədbirin keçirilməsində də məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaqdır. Tədbirin bədii hissəsində Şəki şəhər qarışıq tipli uşaq evinin balacaları müharibə və qələbədən bəhs edən səhnəciklər göstərib, mahnılar oxuyub, şeirlər deyiblər. Tədbirin sonunda hüquqşünaslar tərəfindən hazırlanan hədiyyələr körpə fidanlara təqdim edilib.
YAP-ın 30 illiyi qeyd olunub...
Oğuzda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Partiyanın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın mənafeyi naminə səy göstərir.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, II Qarabağ müharibəsi iştirakçılarına isə “Vətən Müharibəsi iştirakçısı” medalları təqdim olunub.
Şahmat turniri keçirilib...
Şəki şəhərində "8 noyabr-Zəfər Günü"nə həsr olunan təhsil işçiləri arasında şahmat turniri keçirilib. Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Şəki şəhər komitəsi tərəfindən təşkil olunan turnirdə çıxış edənlər Vətən mühribəsində ordumuzun göstərdiyi rəşadətdən danışılıb. Ardınca start götürən yarışda 42 nəfər pedaqoji heyyət işçisi iştirak edib. Turnirdə kişilər isveçrə sistemi üzrə, qadınlar isə dairəvi sistemi üzrə mübarizə aparıblar. Hər biri 15 dəqiqə davam edən gərgin və maraqlı qarşıdurmaların sonunda fəxri yerlərə laiq görülənlərə mükafat və hədiyyələr təqdim olunub. Qeyd edək ki, turnirin keçirilməsində məqsəd məktəblərdə şahmata marağın artırılması, şahmatçıların ustalıq səviyyəsinin yüksəldilməsi olub.
Tullantıların idarə olunmasının sağlamlığın qorunmasında rolu... | Zamanında 07.11.2022
Xərçəngdən əziyyət çəkən Aygün Bəyləri göz yaşına boğan xatirlər... Xəzərin Sahilində 06.11.2022
“Dəyərlərimizlə müassirləşək” adlı layihənin açılışı olub...
Təhsil Nazirliyinin 6-ci Qrand müsabiqəsinin qalibi olan Şəki şəhər 17 saylı tam orta məktəbin “Dəyərlərimizlə müasirləşək” adlı layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və qazilər iştirak ediblər. Çıxış edənlər Vətən müharibəsində öz canlarından keçən şəhidlərimizdən, qəhrəmanlıq göstərən qazilərimizdən danışıblar. Məktəblilər də öz növbəsində gələn qonaqlara ədəbi-bədii kompozisiyalar təqdim ediblər. Məlumat verilib ki, 4 ay ərzində fəaliyyətini davam etdirəcək layihə, mart ayında yekunlaşacaq. Məktəblilərə milli dəyərlərimiz olan xalçaçılıq, oymaçılıq sənətinin incəlikləri öyrədiləcək. Layihə xalq sənətimizi tanıtmaq eyni zamanda əl işi ilə fərqlənən şagirdləri üzə çıxarmaq baxımından böyük əhəmiyyət kəsb edir. Layihədə 20 şagird iştirak edir. Sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.