Super User

Super User

Şəki Regional Debat Mərkəzinin təsis edilməsinin 10 illiyi münasibətilə konfrans keçirilib. Tədbirdə idarə heyyətinin rəsmiləri, İcra nümayəndəliyi, Regional Təhsil idarəsinin əməkdaşları, QHT üzvləri, şəhid ailələri və bir sıra ictimayyət nümayəndələri iştirak edib. Mərkəzin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra konfransda çıxış edənlər 10 illik yola qısa nəzər salıblar, əldə olunan uğurlardan bəhs edilib. Tədbirin sonunda şəhid ailələrinə, fəaliyyətində fərqlənmiş bir sıra gənclərə və rəhbərlərə fəxri fərmanlar və diplomlar verilib.

2020-ci ilin əvvəllərində yenidən qurularaq istifadəyə verilən və uzunluğu 22 kilometr olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Ən çox sürüşmə yolun 6-8-ci kilometrliyində qeydə alınır. 29-cu kilometrlikdə yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, 14 metr uzunluğunda dərin çuxur yaranıb. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq iri qabarmalar əmələ gəlib ki, bu da sürücülər üçün təhlükə yaradır. Əsasən də dumanlı havada və axşam saatlarında yoldan istifadə edən sürücülər çətinliklə üzləşirlər. Digər tərəfdən, sürüşmə ərazisində təhlükədən xəbər verən yol nişanlarının olmaması da sürücülərin qəza törətməsinə səbəb olur. Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda ikinci dəfədir ki, torpaq sürüşməsi baş verir. Sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür. Uzun illər yolun yenidən qurulmasını arzulayan sakinlər yeni yolun qısa vaxt ərzində yararsız vəziyyətə düşəcəyindən narahatdırlar. Əraziyə 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Sürüşmə nəticəsində yararsız vəziyyətə düşən avtomobil yolunun bərpasına başlanılıb. Sözügedən avtomobil yolunda təmir işləri aparıldığı üçün yağışlı və dumanlı havalarda əsasən də axşam saatlarında bu yoldan hərəkət edən sürücülərə diqqətli olmaları tövsiyyə olunur. 

Cümə axşamı, 10 Noyabr 2022 18:35

Şəhidin anım günü keçirilib...

Şəkinin Cəfərabad kəndində Vətən müharibəsinin şəhidi Ruslan Sadıqovun anım günü qeyd edilib. Ailəsi, yaxınları, qazilər şəhidin qəbri ziyarət edib, ruhuna dualar oxuyub. Daxili Qoşunların "Yarasa" xüsusi təyinatlı dəstəsinin atəş təminatı snayper yarım qrupunun komandiri Ruslan Sadıqov 2020-ci ilin sentyabrında erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması üçün başladılan əks hücum əməliyyatlarının ilk günlərindən Vətən müharibəsində iştirak edib. Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib, düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv edib. Dünya hərb tarixinə düşən Şuşanın azad edilməsi əməliyyatında iştirak edən baş çavuş Ruslan Sadıqov düşmənə qan udduraraq öz qəhrəmanlığı ilə tarixə düşüb. Şəhidin 3 övladı yadigar qalıb.

Vətən müharibəsi şəhidi Fərid İzzətliyə həsr olunan "Cənab Leytenant " sənədli filminin təqdimat mərasimi keçirilib. Mərasimdə şəhər rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, filmdə şəhid Fərid İzzətlinin ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, əldə etdiyi uğurlar, nümunəvi xidməti və Vıtın müharibəsində göstərdiyi şücaətlər geniş yer alıb.

Artıq ikinci ildir ki, uğurla təşkil olunan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi, xalqımızın birliyi və ordumuzun gücü hesabına qazanılmış tarixi Qələbəyə həsr edilən “Xüsusi Təyinatlı Gənclik” düşərgəsi gənclərin hərbi-fiziki hazırlığını yüksəltməyə, onları idmana və sağlam həyat tərzinə təşviq etməyə, vətənpərvərlik və həmrəylik hissinin daha da gücləndirməsinə öz töhfəsini verir. “Zəfərimiz” şüarı altında açıq hava şəraitində 7 komanda şəklində ümumilikdə 120 gənc iştirak edir. Düşərgə müddətində gənclərə simulyativ hərbi əməliyyat proqramı əsasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizir heyəti tərəfindən topoqrafiya, dağçılıq, mühəndis-istehkam, kəşfiyyat, sıra hazırlığı, ilkin tibbi hazırlıq, kütləvi qırğın silahlarından müdafiə hazırlığı, ekstremal şəraitdə həyatda qala bilmə, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçiriləcək. Həmçinin gənclər üçün hərbi idman oyunları, təbiətə ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncələrin də keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, 5 gün davam edəcək düşərgənin sonunda qaliblər mükafatlandırılacaq. 

Çərşənbə, 09 Noyabr 2022 19:42

Avtomobil 2 qadını vurub, biri ölüb...

İsmayıllıda avtomobil iki piyadanı vurub. Rayonunun Topçu kəndi ərazisində Qurbanəfəndi kənd sakini Dağlar Ələsgərov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ləman Dadaşova və Dilarə Hacıyevanı vurub. Nəticədə piyada Ləman Dadaşova hadisə yerində ölüb, Dilarə Hacıyeva isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsi araşdırma aparır.

Çərşənbə, 09 Noyabr 2022 19:35

Keçilməz yolları olan ucqar Sabunçu kəndi...

Zaqatalanın mərkəzindən 22 kilometr aralıda yerləşən ən ucqar kəndlərdən biri olan Sabunçu kəndinə getmək üçün 4 kilometrədək yolu çaylaq, daşlı ərazidən, və bir neçə çay yatağından keçməli olduq. Çətin, keçilməz relyefə məxsus dağlıq ərazidə yerləşən digər ucqar kəndlər kimi bu kəndin də ən ciddi problemi elə yolla bağlıdır. Çayda suyun səviyyəsi artdığı təqdirdə kəndin mərkəzlə əlaqəsi bəzən günlərlə kəsilir. Digər vaxtlarda isə kəndə yalnız xüsusi nəqliyyat vasitlərinin köməyi ilə getmək mümkündür. Əsrarəngiz gözəlliyi ilə göz oxşayan Sabunçuda hazırda 45-ə dək təsərrüfat və 200 nəfərə yaxın əhali yaşayır. Kənddə bir ümumi orta məktəb, kənd klubu, məscid və bir tibb bacısının çalışdığı tibb məntəqəsi fəaliyyət göstərir. Ucqar ərazidə yerləşməsinə baxmayaraq, Sabunçu kəndi elektrik enerjisi, rabitə və internet kimi vacib infrastrukturla təmin edilib. Ən qədim yaşayış məskənlərindən biri olan bu kəndin əhalisinin böyük qismi ötən əsrin ortalarında,  çətin relyeflinin olması və sel, daşqın kimi təhlükələrə görə aran ərazilərə köçürülüb. Əzgilli, Ələsgər, Qalal, Qas kimi Sabunçu kəndinin də təbiətinin gözəlliyi bu ərazidə yaşıl turizmin yaradılması üçün olduqca əlverişlidir. Yeganə çatışmayan cəhət isə, yolla bağlıdır. Ucqun, daşqın, sel kimi təbii təhlükələr bu ərazidə normal yol çəkilişini mümkünsüz edir. Lakin, bu kəndlərdə yaşayan sakinlər əmindirlər ki, mütəxxəsislər onların bu yol problemi üçündə hansısa altenativ həll yolu tapacaq.

 

Çərşənbə, 09 Noyabr 2022 19:02

Ev telefonlarına tələbat var?

Bir vaxtlar insanlar arasında ən populyar ünsiyyət vasitəsi hesab olunan ev telefonları müassir tələblərə cavab vermədiyindən insanlar arasında getdikcə öz aktuallığını itirib. Artıq yaşlı nəsil də, müasir tələblərə uyğunlaşan əlaqə vasitələrindən istifadə edirlər. Səbəbi isə, evdə olmayanda belə istədikləri anda hərkəslə ünsiyyət qura bilmələridir. Amma sakinlərin heç də hamısı belə düşünmür. Ev telefonu ilə mütəmadi danışanlar da var. Mütəxəssislər ev telefonlarına təlabatın əvvəlki illərlə müqayisədə xeyli azaldığını qeyd edir. Səbəb müasir texnalogiyların inkişafı və bu bazarda sakinlərə daha geniş xidmətlər təklif edən şirkətlərin artmasıdır. Hətta bir neçə ilə sabit telefon xəttləri yerini sürətli internet, televiziya kanalları ötürmə imkanına malik fiberoptik kabellərə verəcək. Tarifin artırılması əhaliyə bu istiqamətdə göstərilən xidmətlərin yaxşılaşdırılması, dünyada gedən dəyişiklilər, internet vasitəsilə əlaqələrin artması fonunda labüd olub. Həmçinin sözügedən sahənin qarşıdakı iki il ərzində tamamilə yenilənməsi nəzərdə tutulur. Xatırladaq ki, Tarif Şurasının qərarı ilə Azərbaycanda noyabrın 1-dən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə manata çatdırılıb. Şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.

Çərşənbə, 09 Noyabr 2022 18:51

Şamaxıda ilk qar…

Bir neçə gündür respublika ərazisinə hakim olan soyuq hava, nəhayət, sərt üzünü göstərdi. Şamaxıya ilk qar yağdı. Ən çox qar rayonun Nağaraxana,Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, və Dəmirçi kəndlərinə düşüb. Qışın vaxtından əvvəl gəlməsinə sakinlər hazır olmasa da, bu təbiət hadisəsi rayona gələn turistlərdə xoş ovqat yaradıb. Kənd sakinlərinin sözlərinə görə, qar əkin sahəsinə müsbət təsir edəcək. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvercilərin kütləvi qırılmasına da səbəb olacaq. Dağlıq ərazilərdə yerləşən yaşayış məskənlərinə 5-10 santimetrdən artıq qar yağıb. Qar səbəbindən yollarda hər hansı bir problem yaşanmayıb. Yol idarəsinin əməkdaşları gecə saatlarından vəziyyəti nəzarətdə saxlayıb. Çuxuryurd-Nağaraxana-Pirqulu istiqamətində yol açıq olsa da, Dəmirçi- Lahıc istiqamətində buzlanma və qatı duman müşahidə olunur. Gediş-gəlişdə heç bir problem yaşanmasa da qışa hazırlıqsız olan sürücülərə gecə və səhər saatlarında yola çıxmamaları tövsiyə olunur.

336 -dən səhifə 471

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S