Super User
Şəki-Zaqatala Regional Təhsil İdarəsi şəhid ailələri ilə görüş keçirib.
Şəkidə ana və azyaşlı övladını avtomobil vurub...
Hadisə bu gün səhər saatlarında şəhərin M.F.Axundov prospektində baş verib. Rayon sakini Tural Məmmədov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə şəhər sakinləri -34 yaşlı Nahidə Rəhimovanı və onun 7 yaşlı övladı Yağmuru vurub.Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan ana və qızı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.Hadisə baş verən zaman Nahidə Rəhimova övladını məktəbə aparırmış.Faktla bağlı araşdırma aparılır.
Şəkidə canavarlar təsərrüfata hücum edib, 44 qoyunu parçalayıb...
Bankdan böyük məbləğdə pul götürüb maddi vəziyyətini yaxşılaşdırmaq istəyən fermerin qoyunlarının tələf olması onu çətin vəziyyətə salıb. Şəkinin Sarıca kəndində fərdi təsərrüfata hücum edən yırtıcılar 44 qoyunu parçalayıb. Gecə saatlarında tövləyə hücum edən 3 baş canavar qoyunların 36-sını öldürüb qalan, 8-ini isə yaralayaraq yararsız vəziyyətə salıb. Sarıcada məskunlaşmış Ağdərə sakini olan Ayaz Əliyev ona xeyli miqdarda zərər dəydiyini bildirir. Hadisə yerinə Qida təhlükəsizliyi ağetliyinin nümayəndələri baxış keçirib. Ölmüş heyvanların cəsədləri basdırıldıqdan sonra ərazi dezinfeksiya ediləcək.
Çimnaz Sultanova: "Sən mənim ilk sevgimsən" | İndi başla 01.11.2022
Müəmmalı dairələr | Sirlər 29.10.2022
Ortoped, estetik stomatoloq, cərrah Hafiz Qənbərov "Həkimcanlı"da 01.11.2022
Xurma bol, alıcısı yoxdur...
Növbəti zəfər forumu İsmayıllıda keçirildi...
Forumunda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, hərbi qulluqçular qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, Vətən müharibəsində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşulan İsmayıllı sakinləri həm ön, həm də arxa cəbhədə öz vətəndaşlıq borclarını yerinə yetirərək, sona kimi Ali Baş Komandanın yanında olublar. Forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.Tədbir iştirakçıları Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar. Qeyd edək ki, növbəti forumlar Sabirabad və Bakıda keçiriləcək.