Super User

Super User

Şənbə, 29 Oktyabr 2022 10:18

İsmayıllıda faciəvi qəza...

İsmayıllIda ölümlə nəticələnən yol qəzası baş verib. İvanovka qəsəbəsi ərazisində rayon sakini, 64 yaşlı Fazil Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildəki sərnişinlərdən biri, sürücünün həyat yoldaşı 61 yaşlı Fatma Abdullayeva hadisə yerində ölüb. Sürücü və digər 2 sərnişini - qızı Mətanət Abdullayeva, qohumu Nübar Ələkbərova isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Cümə axşamı, 27 Oktyabr 2022 20:34

Təhsildən kənar qalan uşaqlar...

Şəki sakini Rəhman Həsənov deyir ki, yeni tədris ilindən nəvələri məktəbə gedə bilmir. O, 2 nəvəsinin də yaşadığı ünvana yaxın yerləşən 1 nömrəli tam orta məktəbdə təhsil alması üçün müraciət etdiklərini, lakin məktəb rəhbərliyi tərəfindən bu istəklərinin qəbul olunmadığını idda edir. Ailənin böyük oğlu 9 il yaşadıqları yerdən kifayət qədər uzaq olan liseydə təhsil alıb. Ötən ildən onun kiçik qardaşı Rəhman Həsənli də həmin liseyin məktəqədər hazırlıq kursuna getməyə başlayıb. Övladlarının eyni anda uzaq yol gedib-gəlməsi ailə üçün çətinliklər yaratdığından onların evlərinə yaxın olan məktəbdə təhsil almasına qərar veriblər. Lakin gözləmədikləri bir cavabla qarşılaşıblar. Məsələnin əslini öyrənmək üçün 1 nömrəli tam orta məktəbə üz tutduq. Məktəbin direktoru Tahirə Cabbarova sorğumuza cavab olaraq bildirdi ki, valideynlər məktəbə qeyd olunan müddətdən gec müraciət ediblər. Digər tərəfdən,   sinif otaqları kiçik olduğu üçün hər sinfə 18 şagirdin təhsil lmasına imkan var və bu səbəbdən artıq şagird götürməyə imkan yoxdur. Şəki-Zaqatala Regional Təhsil idarəsi də məsələdən xəbərdardır. Ümid edirik ki, tədris ili yekunlaşmamış problem öz həllini tapar. Hər halda ölkədə məktəb yaşlı hər bir şəxsin təhsil almaq hüquq var.  Nəticə etibarilə də tədris ilinin ən vacib illərində - birinci və 11-ci siniflərdə təhsil almalı olan bu uşaqların hüquqları ciddi şəkildə pozulub. Problemin ailədən və ya məktəb rəhbərliyindən qaynaqlanmasından asılı olmayaraq aidiyyatı qurumlar tezliklə məsələnin həllinə nail olmalıdır.  Yəqin ki, yaranmış anlaşılmazlıq qısa zamanda aradan qaldırılar. Biz də ümid edirik ki, məsələ tezliklə həllini tapar və gələcəyimiz olan bu gənclərin təhsil almaq hüquqları tezliklə bərpa edilər.

Cümə axşamı, 27 Oktyabr 2022 19:58

Şəki xatirəsi anılıb…

Şəkidə Ikinci Qarabağ müharibəsinin şəhidi Vasif Həmidovun anım günü qeyd edilib. Şəhidin anım günündə ailəsi,  digər şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin qəbri ziyarət edilib, ruhuna dualar oxunub. Vasif Həmidov Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına yazılıb və ön cəbhəyə yollanıb. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə torpaqlarımızın  Ermənistan silahlı qüvvələrinin tapdağından təmizlənməsi üçün mərdlikllə döyüşərkən ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən Vasif 7 gün komada qaldıqdan sonra oktyabrın 27-də, 33 yaşında şəhidlik zirvəsinə ucalıb. Şəhid Vasif Həmidov ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur Döyüşçü” və ”Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin 2 övladı yadigar qalıb.

Kadrlar demək olar bir əsri geridə qoyan  Şəkinin Kiş kənd məktəbindəndir.  4 saylı Kiş kənd tam orta məktəbinin binası 1926-cı ildə tikilib, 1928-ci ildən isə orta məktəb kimi fəaliyyət göstərir. 3 korpusdan ibarət, 96 yaşlı məktəbin binası acınacaqlı vəziyyətdə olsa da burda dərslər davam etdirilir. Binaların hazırki, vəziyyəti tədrisi nəinki müasir tələblər səviyyəsində qurmağa imkan vermir hətta mümkünsüz edir. Bina ilə bərabər avadanlıqlar da ömrünü başa vurub. Vaxtilə 1400-ə yaxın şagirdin təhsil aldığı məktəb indi 223 şagirdi belə sinif otaqları ilə təmin edə bilmir. Ancaq bütün bu çatışmazlıqlara baxmayaraq  şagirdlər hər il imtahan və olimpiadalarda yüksək nəticələr əldə edirlər. Hələlik kənd məktəbinin nə vaxt təmir olunacağı ilə bağlı dəqiq vaxt deyilməsə də, məsələ gündəmdədir. Belə görünür, müəllim və şagird heyəti, narahat valideynlər qəzalı vəziyyətdə olan məktəb binasının əsaslı təmirini bir müddət də gözləməli olacaq. Ümid etmək qalır ki,  bu dəfə   verilən vədlər özünü doğruldacaq və növbəti ildən şagirdlər müasir tipli, yeni məktəbdə təhsil alacaqlar.

342 -dən səhifə 471

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S