Super User

Super User

Cümə, 03 Mart 2023 11:18

Eşitməyən qalmasın 03.03.2023

Jalüz və plyonkaların istifadəsinə icazə verildiyi andan plyonka, jalüz bazarında canlanma yaşanır. İndi sürücülər qədər satıcıların da üzü gülür... Bəs, qərar hansı hallarda və hansı avtomobillərə şamil olunur?!

“Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası” təsdiqlənən andan sürücülər avtomobil ustalarına üz tutmağa başladı. Lakin, arxa tərəfdə yerləşən yan şüşələrə, yük yerinin yanı və arxa şüşəsinə, minik avtomobillərində jalyuzlərin quraşdırılmasına və plyonkaların çəkilməsinə, icazə verilsə də , burada sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobus və mikroavtobuslar istisnadır. Ustanın dediyinə görə plyonkalara təlabat xeyli artıb. Jalyuz və pərdələrə gəldikdə isə...

Həmçinin onu da qeyd edək ki, nəqliyyat vasitələrində küləyə qarşı olan ön şüşəyə eləcə də sürücüdən sağda və solda yerləşən, qapıların şüşələrinə örtüklərin çəkilməsi yolverilməzdir. Belə ki, bu qaydalara əməl etməyən sürücülər cərimələnəcəklər. Sonda onu da nəzərinizə çatdıraq ki, qaydaya görə, plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır. 

Yanğın hadisəsi gecə saat 03:53-də rayonun Vərəzət kəndində, kənd sakini Neymət Məmmədəli oğlu Həbilova məxsus, ümumi sahəsi 200 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. 

Cümə axşamı, 02 Mart 2023 16:29

Tarixi məhəllənin suya həsrət sakinləri...

Şəkinin tarixi qoruq ərazisində yerləşən Gəncəli məhəlləsinin su problemi də tarixi qədər qədimdir. Məhəllənin çox hissəsində su-kanalizasiya sistemi yenidən qurulsa da nədənsə Şəfiqə Axundova küçəsi bu proseslərdən kənarda qalıb. Nəticədə sakinlərin özlərini içməli su ilə təmin edə bilmələri üçün iki seçimləri var: ya 30 manat verib bir maşın su gətizdirməli, ya da ətraf küçələrdən daşımalıdırlar. Başqa çarəsi olmayan sakinlər qatlaşdıqları bu iztirabın sonunda yekunlaşması istəyi ilə döymədikləri qapının qalmadığını deyirlər.

35 ildir ki, Gəncəli məhəlləsində yaşayan Nüşabə Hüseynova deyir ki, su olmadığından hamı kimi o da aşağı küçədən su daşımaq məcburiyyətindədir. Məsafənin uzaq olmasına baxmayaraq o, əlində su qabı ilə gündə ən azı 3,4 dəfə su daşıyır. Uzun illər davam edən susuzluq problemi sakinləri çıxılmaz vəziyyətə salıb. İndiyədək bu əraziyə dağdan gələn Taclıq bulağından gələn suyun da qurumağa başlaması problemi bir az da kəskinləşdirib. Şəki Sukanal idarəsinin rəsmisi isə sakinlərin iddiası ilə razılaşmır.

Sukanal idarəsinin təqdim etdiyi ilə sakinlərin də, bizim də çəkiliş zamanı gördüyümüz reallıq arasında kəskin şəkildə fərq var. Qurum rəsmisindən fərqli olara bizim gördüyümüz boş su qabları, əlində vedrə su daşıyan sakinlər idi. Beləliklə verilən vədlərə inansaq yaxın bir ildə məsələ həllini tapacaq. Nə deyək, biz də ümid edək ki, bu vəd də əvvəlki vədlər kimi unudulmaz və yaxın bir il ərzində sukanal idarəsinin dedikləri reallığa çevrilər, gəncəli məhəlləsinin sakinlərinin su həsrəti sonunda bitər.  

Cümə axşamı, 02 Mart 2023 15:38

Eşitməyən qalmasın 02.03.2023

Cümə axşamı, 02 Mart 2023 15:32

Nahara az qala - Sobada Lavaş ruleti 02.03.2023

292 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S